DEKABRIN 1-DƏK ÖLKƏ ÜZRƏ PAMBIQ QƏBULU MƏNTƏQƏLƏRİNƏ 194 MİN 513 TON MƏHSUL TƏHVİL VERİLİB

Böyütmək | Kiçiltmək

 

Dekabrın 1-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 194 min 513 ton məhsul təhvil verilib. Tədarük olunan məhsulun 55 faizə yaxını Saatlı (25217 ton), Biləsuvar (23809 ton), Bərdə (20912 ton), Ağcabədi (19201 ton) və Sabirabad (17221 ton) rayonlarının payına düşür.

Dövlət Statistika Komitəsinin məlumatına görə ötən gün 687,86 ton pambıq tədarük olunub.

Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq yığılmışdı.

Pambıq tədarükünə dair dekabrın 1-nə olan operativ məlumatı təqdim edirik.