DEKABRIN 4-DƏK ÖLKƏ ÜZRƏ PAMBIQ QƏBULU MƏNTƏQƏLƏRİNƏ 196 MİN 258 TON MƏHSUL TƏHVİL VERİLİB

Böyütmək | Kiçiltmək |

 

Dekabrın 4-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 196 min 258 tondan çox məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə bu məhsulun 1173 tonu ötən iki gündə tədarük olunub.

Ölkə üzrə təhvil verilən məhsulun yarıdan çoxu - 54,58 faizi Saatlı, Biləsuvar, Bərdə, Ağcabədi və Sabirabad rayonlarının payına düşür.

Xatırladaq ki, bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektarda çiyid səpilib. İndiyədək tədarük olunan məhsul isə ötən ildəkindən 107 min ton çoxdur.

Respublikada pambıq tədarükünə dair dekabrın 4-nə olan operativ məlumatı təqdim edirik.