İBRAHİM CƏFƏROV 2017-Cİ İLİN DƏ REKTORU SEÇİLDİ

Böyütmək | Kiçiltmək |

 

 

İBRAHİM CƏFƏROV 2017-Cİ İLİN DƏ REKTORU SEÇİLDİ"2017-ci ilin rektoru" sosial tələbə sorğusunun finalçılarının ilin rektoru uğrunda  mübarizə apardığı yarışma başa çatıb. Yarışma Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun qələbəsi ilə yekunlaşıb. 4 gün davam edən gərgin səsvermədə İbrahim Cəfərov 39% səslə qalib gəlib.

İbrahim Cəfərov bu sorğuda  2 dəfə qalib adını qazanıb və 2017-ci ildə də diqqət mərkəzində olub. 

Qeyd edək ki, səsvermədə 60 000 nəfərədən çox istifadəçi iştirak edib. Bu qalibiyyətlə İbrahim Cəfərov 3 dəfə bu sorğularda qalib gələn ilk rektor olub.