DEKABRIN 11-DƏK ÖLKƏ ÜZRƏ PAMBIQ QƏBULU MƏNTƏQƏLƏRİNƏ 199 MİN 818 TON MƏHSUL TƏHVİL VERİLİB

Böyütmək | Kiçiltmək |

 

Dekabrın 11-dək pambıq qəbulu məntəqələrinə 199 min 818 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə ötən şənbə və bazar günləri 694 ton pambıq tədarük olunub. İndiyədək tədarük olunan məhsul ötən ilin ümumi göstəricisindən 111 min ton çoxdur.

Respublikada pambıq tədarükünə dair dekabrın 11-nə olan operativ məlumatı təqdim edirik.