DEKABRIN 13-DƏK ÖLKƏ ÜZRƏ PAMBIQ QƏBULU MƏNTƏQƏLƏRİNƏ 200 MİN 878 TON MƏHSUL TƏHVİL VERİLİB

Böyütmək | Kiçiltmək

 

Dekabrın 13-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 200 min 878 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə ötən gün 560 ton pambıq tədarük olunub.

Ölkə üzrə təhvil verilən məhsulun 54 faizi beş rayonun - Saatlı, Biləsuvar, Bərdə, Ağcabədi və Sabirabadın payına düşür.

Xatırladaq ki, bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektarda çiyid səpilib. İndiyədək tədarük olunan məhsul isə ötən ilin ümumi göstəricisindən 112 min ton çoxdur.

Respublikada pambıq tədarükünə dair dekabrın 13-nə olan operativ məlumatı təqdim edirik.