DEKABRIN 14-DƏK ÖLKƏ ÜZRƏ PAMBIQ QƏBULU MƏNTƏQƏLƏRİNƏ 201 MİN 491 TON MƏHSUL TƏHVİL VERİLİB

Böyütmək | Kiçiltmək

 

Dekabrın 14-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 201 min 491 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə ötən gün 612,88 ton pambıq tədarük edilib.

Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Onlar dekabrın 14-dək 25 min 533 ton pambıq təhvil veriblər. Ümumilikdə isə 10 min tondan çox pambıq tədarük edən rayonların sırasına Biləsuvar, Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan və İmişli rayonlarının pambıqçıları daxildir.

Pambıq tədarükünə dair dekabrın 14-dək olan operativ məlumatı təqdim edirik.