DÜNYA BANKI AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATI SAHƏSİNDƏ İNNOVATİV TEXNOLOGİYALARIN TƏTBİQİ VƏZİYYƏTİ VƏ PERSPEKTİVLƏRİNİ ARAŞDIRACAQ

Böyütmək | Kiçiltmək |

 

DÜNYA BANKI AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATI SAHƏSİNDƏ İNNOVATİV TEXNOLOGİYALARIN TƏTBİQİ VƏZİYYƏTİ VƏ PERSPEKTİVLƏRİNİ ARAŞDIRACAQBu gün Azərbaycan Respubli- kasının kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Dünya Bankının kənd təsərrüfatı üzrə tapşırıq qrupunun rəhbəri  Bekzod Şamsiyev ilə görüşüb.

Görüşün məqsədi Cənubi Qafqaz ölkələrində Rəqəmsal və Mexanikləşdirilmiş Kənd Təsərrüfatı üzrə Regional Tədqiqatın başlanması ilə bağlı müzakirələrin aparılması olub.

Nazir müavini qonaqları səmimi salamlayaraq 2014-cü ildən aqrar sahədə həyata keçirilən köklü dəyişikliklər barədə geniş məlumat verib və Dünya Bankı tərəfindən ölkəmizdə həyata keçirilən layihələri yüksək qiymətləndirmiş, bu əlaqələrin davamlı olaraq inkişaf edəcəyinə əminliyini bildirib.

Nazir müavini Azərbaycanda kənd təsərrüfatının mexanikləşməsi və elektronlaşması istiqamətində əhəmiyyətli işlər görüldüyünü, artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin formalaşdığını, sistemin digər dövlət qurumlarının analoji sistemlərinə  inteqrasiya edildiyini vurğulayıb. 

Seyfəddin Talıbov 2014-2017-ci illərdə kənd təsərrüfatı texnika parkının yenilənməsi, dünyanın ən inkişaf etmiş ölkələrindən ən müasir texnikaların alınaraq ölkəmizə gətirilməsi, bu sahədə elktron sistemin qurulmasını, bu dövrdə kənd təsərrüfatı üçün alınmış innovativ texnikanın əvvəlki 9 ildə alınan texnikanın 60%-ni təşkil etdiyni bildirib. Həmçini ixracyönümlü sahələrin inkişafı ilə bağlı yeni texnikaların alınması işlərinin həyata keçirildiyini, taxılçılıq və pambıqçılıq üzrə texnika parkının yeniləndiyni diqqətə çatdırıb.

Seyfəddin Talıbov əlavə edib ki, 2014-cü ildən kənd təsərrüfatı texnikalarının elektron qeydiyyat sisteminin qurulmasına başlanıb. Aqrolizinq ASC-nin lizinq əməliyyatları elektron sistemə keçirilib. Həmçinin, Nazirliyin daha bir tabeli qurumu olan Dövlət Texniki Nəzarət Müfəttişliyi də fəaliyyətini elektronlaşdırıb. Gələcəkdə texnikaların peyk sistemi vasitəsilə izlənməsini tətbiq etmək bu qurumların atacaqları addımlar sırasındadır.

Sonra Dünya Bankının nümayəndəsi, kənd təsərrüfatı iqtisadı üzrə mütəxəssis Bekzod Şamsiyev Cənubi Qafqazda kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi  ilə bağlı tədqiqata başlamaq istədiklərini bildirib. Qonaq qeyd edib ki, 6 ay müddətində araşdırılan regionda mövzu ilə bağlı hazırkı vəziyyət, dünyada mövcud innovativ texnologiyalar və bu texnologiyaların araşdırılan ölkələrdə tətbiqi imkanları öyrəniləcək və tövsiyələr hazırlanacaq. Araşdırılacaq innovativ texnologiyalar xəstəliklərin monitorinqi, investisiya ehtiyaclarının öyrənilməsi, bazar imkanlarının asanlaşdırılması, təchizat zəncirinin təşkili, ekoloji qiymətləndirmə kimi bir neçə qrupu əhatə edəcək.  “Bu texnologiyalar dünyada yeni deyil.  Sadəcə olaraq, getdikcə ucuzlaşır və daha əlçatan olur. Biz bu texnologiyalardan kənd təsərrüfatı məhsulları istehsalçılarının və onlara xidmət göstərənlərin faydalanmasına çalışacağıq” -Dünya Bankı nümayəndəsi diqqətə çatdırıb.

Ətraflı təqdimatına görə qonağa təşəkkür edən nazir müavini Seyfəddin Talıbov Dünya Bankı nümayəndəsinin təklifinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş bir sıra hədəflərə uyğun olduğunu bildirib və nazirliyin araşdırmaya istənilən dəstəyi verməyə hazır olduğunu əlavə edib.

Görüşdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri İlham Bayramov Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzrə görülmüş işlər barədə təqdimat edib.