DEKABRIN 20-DƏK ÖLKƏ ÜZRƏ PAMBIQ QƏBULU MƏNTƏQƏLƏRİNƏ 204 MİN 134 TON MƏHSUL TƏHVİL VERİLİB

Böyütmək | Kiçiltmək |

 

Dekabrın 20-dək pambıq qəbulu məntəqələrinə 204 min 134 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə ötən gün 457 ton pambıq tədarük olunub.

Qeyd edək ki, 2015-ci ildə 18 min hektar çiyid səpilmiş, 35 min ton məhsul yığılmışdısa, 2016-cı ildə əkin sahəsi 51 min hektar, tədarük 89 min ton təşkil etmişdi. Cari ildə pambıq tarlalarının sahəsi 136 min hektarı ötüb, məhsul yığımı isə ötən ilin ümumi göstəricisindən 2,4 dəfə çoxdur.

Respublikada pambıq tədarükünə dair dekabrın 20-nə olan operativ məlumatı təqdim edirik.