AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI ÜZRƏ TƏLİM VƏ İNKİŞAF MƏRKƏZİNİN TƏQDİMATI OLUB

Böyütmək | Kiçiltmək

 

AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI ÜZRƏ TƏLİM VƏ İNKİŞAF MƏRKƏZİNİN TƏQDİMATI OLUBAZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI ÜZRƏ TƏLİM VƏ İNKİŞAF MƏRKƏZİNİN TƏQDİMATI OLUB
Dekabrın 20-də Bakıda Azərbaycan Kənd Təsərrüfatı üzrə Təlim və İnkişaf Mərkəzinin (“AqroMərkəz”)  təqdimatı olub.

“Azərbay- canda kənd təsərrüfatı: imkanlar, problemlər və perspektivlər” mövzusuna həsr olunan tədbirdə dövlət rəsmiləri, Kənd Təsərrüfatı Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri iştirak ediblər.

Əvvəlcə “AqroMərkəz”in il ərzindəki fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı görülən işlər, qarşıda duran vəzifələr barədə məlumat verib. Dövlət məmurları, alim və mütəxəssislər üçün yaradılan platformanın əhəmiyyətinə, Azərbaycanda kənd təsərrüfatı məsələləri ilə bağlı mühüm dialoqu şərtləndirən amillərə toxunan Azər Əmiraslanov deyib: “Həm dövlətin, həm də vətəndaşlarımızın kənd təsərrüfatından böyük gözləntiləri var. Prezident İlham Əliyev tərəfindən bu gün aqrar sahənin inkişafı dövlət siyasətinin ən mühüm prioritetlərindən biri kimi müəyyən olunub. Digər sahələrdə olduğu kimi, kənd təsərrüfatında da sosial tərəfdaşlıq münasibətlərinin qurulması (bir tərəfdən dövlət, bir tərəfdən biznes, özəl sektor, beynəlxalq təşkilatlar, eyni zamanda, qeyri-hökumət təşkilatları) olduqca vacibdir. Hesab edirəm ki, “AqroMərkəz” məhz bu missiyanı üzərinə götürə biləcək və uğurlu platforma rolunu oynayacaq. Bu gün kənd təsərrüfatının prioritet istiqamət kimi elan olunduğu bir vaxtda ekspert cəmiyyətinin formalaşdırılmasına çox böyük ehtiyac var. Hazırda digər sahələrdə ekspert cəmiyyətləri formalaşıb. Biz istəyik ki, kənd təsərrüfatında da professional, məsələlərə peşəkar yanaşan ekspert qurumu formalaşsın. İnanıram ki, “AqroMərkəz” həm də bu mandatı daşıyacaq, öz təhlilini, tədqiqatlarının nəticələrini cəmiyyətə təqdim edəcək. Aqrar təhsil, aqrar elm, aqrar tədqiqatlar informasiya məsləhət xidmətləri arasında da əlaqələr qurulmalıdır və yəqin ki, “AqroMərkəz”in fəaliyyətinin əsas istiqamətlərdən biri də məhz bu olacaq.

AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI ÜZRƏ TƏLİM VƏ İNKİŞAF MƏRKƏZİNİN TƏQDİMATI OLUB
AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI ÜZRƏ TƏLİM VƏ İNKİŞAF MƏRKƏZİNİN TƏQDİMATI OLUBAzər Əmiraslanov bildirib ki, kənd təsərrüfatı iqtisadiyyatın davamlı, dayanıqlı inkişafının əsas, çox mühüm şərtidir və eyni zamanda, sistem yaradan və formalaşdıran bir sahədir. Digər tərəfdən ərzaq təhlükəsizliyi məhz kənd təsərrüfatının inkişafından asılıdır: “Bu gün əhalinin yarısı kənddə yaşayır və bu o deməkdir ki, kənd təsərrüfatının inkişafı həm də sosial sabitliyin, kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsinin əsas şərtidir. Məşğul əhalinin təxminən 38 faizi kənd təsərrüfatı sektorunda çalışır. Bu baxımdan aqrar sahənin inkişafı, həm də iş yerlərinin açılması deməkdir. BMT-nin hesablamalarına görə, kənd təsərrüfatı yeganə sahədir ki, yoxsulluğun azaldılmasına daha çox təsir göstərir. Digər sahələrlə müqayisədə onun təsir effekti 4 dəfə çoxdur”.

Aqrar sektorun regionların inkişafındakı mühüm rolundan danışan Azər Əmiraslanov qeyd edib ki, hazırda ölkənin kənd təsərrüfatında çox böyük resurslar, istifadə olunmamış imkanlar mövcuddur. Bu imkanların, ehtiyatların üzə çıxarılması üçün çox iş görülməlidir. Yaradılan “AqroMərkəz” də bu missiyanı yerinə yetirə bilər. Yeni dövrdə, xüsusilə də qlobal böhran şəraitində digər sahələrlə müqayisədə kənd təsərrüfatının investisiya baxımından daha cəlbedici olduğunu vurğulayan Prezidentin köməkçisi deyib: “Digər sahələrdə istehsal olunan məhsullara tələbat azaldığı halda, ərzaq məhsullarına tələbat heç vaxt kəskin şəkildə azalmır və bu da məhz kənd təsərrüfatını digər sahələrlə müqayisədə daha cəlbedici edir. Kənd təsərrüfatı canlı orqanizm və riskli sahədir. Odur ki, dövlət bu sahəni daim dəstəkləyir. Aqrar sığorta sisteminin qurulması da xüsusilə aktualdır. Kənd təsərrüfatı iki mühüm sütun üzərində inkişaf edir: heyvandarlıq və bitkiçilik. Bu sahələrin effektivliyi və səmərəliliyi onların bir-biri ilə düzgün uzlaşdırılmasından asılıdır”.

AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI ÜZRƏ TƏLİM VƏ İNKİŞAF MƏRKƏZİNİN TƏQDİMATI OLUB
AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI ÜZRƏ TƏLİM VƏ İNKİŞAF MƏRKƏZİNİN TƏQDİMATI OLUBAzər Əmiraslanov çıxışında torpaqdan səmərəli istifadə, kənd təsərrüfatına dövlət dəstəyinin səmərəli təşkili, effektiv, davamlı və dayanıqlı inkişaf, məhsuldarlıq, maraqların uzlaşdırılması, ixtisaslaşma, sahənin inkişafında elmi yanaşma kimi amillərə də toxunub. Diqqətə çatdırılıb ki, qida təhlükəsiz- liyinin təmin edilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən ciddi institusional addımlar atılır və bununla bağlı Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. “AqroMərkəz” də öz fəaliyyətində bu prinsipləri diqqətdə saxlamalıdır.

Tədbirdə çıxış edən nazir müavini Seyfəddin Talıbov tədbir iştirakçılarını salamlayaraq son dövrlər aqrar sahədə baş verən köklü dəyişikliklər, aparılan institusional islahatlar, Kənd təsərrüfatı sahəsinə dövlət dəstəyinin gücləndirilməsi, həmçinin bu dəstək mexanizmlərinin daha da təkmilləşdirilməsi və dövlət yardımları sahəsində şəffaflığın ən yüksək səviyyədə təmin edilməsi, Kənd Təsərrüfatı Nazirliyinin institusional potensialının gücləndirilməsi və struktur dəyişikliklərinin aparılması, o cümlədən “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sisteminin yaradılması, Kənd təsərrüfatı sahəsi üzrə bazar infrastrukturunun inkişaf etdirilməsi, Kənd təsərrüfatının inkişafı ilə bağlı ən müasir, mütərəqqi metodların tətbiq edilməsi, Kənd təsərrüfatı sahəsinin intensiv metodlarla inkişaf etdirilməsi, Dövlət dəstəyi mexanizmləri formaları, Strateji hədəflər, kənd təsərrüfatı tədqiqatlarının əsas prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, texnika parkının yenilənməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, Elmi-tədqiqat İnstitutlarında aparılan struktur islahatları, kadr hazırlığı, İnformasiya Məsləhət Sisteminin formalaşdırılması, “Azərbaycanda tərəvəz və kartof toxumu istehsalı” müəssisəsinin yaradılması layihəsi, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflər barədə ətraflı məlumat verib.   

Nazir müavini Azərbaycan Kənd Təsərrüfatı üzrə Təlim və İnkişaf Mərkəzinin fəaliyyətinə uğurlar diləyib və kənd təsərrüfatının inkişafına öz töhvəsini verəcəyini bildirib. 

Azərbaycan Dövlət Aqrar Universitetinin Rektoru İbrahim Cəfərov aqrar təhsilə dövlət dəstəyi, son illərdə universitetin maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulması, ən müasir  avadanlıqlarla təchiz edilmiş yeni laboratoriyalar, tələbələrə verilən güzəştlər, ən müasir tələbə yataqxanalarının tikilib istifadəyə verilməsi, həmçinin beynəlxalq təşkilatlar tərəfindən göstərilən dəstək barədə məlumat verib.

“AqroMərkəz”in icraçı direktoru Pavel Belorusski, FAO ofisinin rəhbəri Mələk Çakmak mərkəzə fəaliyyətində uğurlar arzulayıb, Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışıblar.

Bildirilib ki, Azərbaycan Kənd Təsərrüfatı üzrə Təlim və İnkişaf Mərkəzi ölkəmizin kənd təsərrüfatı sahəsində peşəkar mütəxəssislərə tələbatını ödəmək məqsədilə 2017-ci ildə yaradılıb. “AqroMərkəz” üç istiqamət - təhsil və təlim, tədqiqat və inkişaf, kənd təsərrüfatı sahəsində yeni müəssisələrin yaradılması istiqamətində fəaliyyət göstərəcək.