NAZİR HEYDƏR ƏSƏDOV İMİŞLİ RAYONUNDA SAKİNLƏRLƏ GÖRÜŞƏCƏK

Böyütmək | Kiçiltmək |

 

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov  22 dekabr 2017-ci il tarixində, saat 11:00-da İmişli rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında  İmişli, Xocavənd, Füzuli və Beyləqan rayonlarının sakinləri ilə görüşəcək.  

Görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və İmişli  Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-758-80-00) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.