DEKABRIN 21-DƏK ÖLKƏ ÜZRƏ PAMBIQ QƏBULU MƏNTƏQƏLƏRİNƏ 204 MİN 520 TON MƏHSUL TƏHVİL VERİLİB

Böyütmək | Kiçiltmək |

 

Dekabrın 21-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 204 min 520 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə ötən gün 385 ton pambıq tədarük edilib.

Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Onlar dekabrın 21-dək 25 min 668 ton pambıq təhvil veriblər. Ümumilikdə isə 10 min tondan çox pambıq tədarük edən rayonların sırasına Biləsuvar, Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan və İmişli rayonlarının pambıqçıları daxildir.

Pambıq tədarükünə dair dekabrın 21-dək olan operativ məlumatı təqdim edirik.