DEKABRIN 25-DƏK ÖLKƏ ÜZRƏ PAMBIQ QƏBULU MƏNTƏQƏLƏRİNƏ 205 MİN 696 TON MƏHSUL TƏHVİL VERİLİB

Böyütmək | Kiçiltmək |

 

Dekabrın 25-dək ölkə üzrə 205 min 696 ton pambıq tədarük olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə ötən iki gündə 459 ton məhsul təhvil verilib.

Xatırladaq ki, ölkədə pambıq istehsalı üzrə ən yüksək nəticə 1981-ci ildə əldə olunmuşdu. O vaxt Azərbaycanda 1 milyon tondan çox pambıq yığılmışdı. Sonradan bu sahəyə diqqətin zəifləməsi pambıqçılıqda tənəzzülün yaranmasına gətirib çıxardı. Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb.

Pambıq tədarükünə dair dekabrın 25-nə olan operativ məlumatı təqdim edirik.