FAO-AZƏRBAYCAN TƏRƏFDAŞLIQ PROQRAMI (FATP) RƏHBƏR KOMİTƏSİNİN İKİNCİ GÖRÜŞÜ KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

 

FAO-AZƏRBAYCAN TƏRƏFDAŞLIQ PROQRAMI (FATP) RƏHBƏR KOMİTƏSİNİN İKİNCİ GÖRÜŞÜ KEÇİRİLİB
Dekabrın 26-da Kənd Təsərrüfatı Nazirliyində FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) Rəhbər Komitəsinin ikinci görüşü keçirilib.

Görüşün məqsədi FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində layihə təkliflərinin qiymətləndirilməsi olub.

Nazirliyin müvafiq şöbələri və qurumlarının rəhbərlərinin, həmçinin Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər və Maliyyə Nazirliklərinin nümayəndələrinin iştirak etdiyi görüşdə “FAO-Azərbaycan tərəfdaşlıq proqramı” çərçivəsində təqdim olunan layihələr müzakirə olunub.

Nazir müavini İlham Quliyev qonaqları səmimi salamlayaraq FAO ilə Azərbaycan arasında həyata keçirilən layihələri yüksək qiymətləndirib, gələcəkdə də yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığa önəm verdiyini bildirib. Nazir müavini FAO tərəfindən təklif olunan layihələrin Nazirlik tərəfindən birgə müzakirə edilməklə həyata keçirildiyini diqqətə çatdırıb.

FAO-AZƏRBAYCAN TƏRƏFDAŞLIQ PROQRAMI (FATP) RƏHBƏR KOMİTƏSİNİN İKİNCİ GÖRÜŞÜ KEÇİRİLİBKənd Təsərrüfatı Nazirliyinin Heyvandalığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların effektiv yetişdirilməsi və yemlənməsi sistemlərinin yaradılması yolu ilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi”, həmçinin “Azərbaycanın yüksək və alçaq dağlıq əraziləri üçün dayanıqlı qoyunçuluq istehsalı strategiyalarının hazırlanması” layihələri barədə geniş məlumat verib və bu layihələrin heyvandarlığın inkişafına öz töhvəsini verəcəyini diqqətə çatdırıb.  

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Elmar Allahverdiyev “Azərbaycanda xəstəliklərdən azad milli kartof toxumçuluğu sisteminin yaradılması” layihəsi barədə ətraflı məlumat verərək ölkəmizdə bu sahənin inkişafı üçün potensial imkanların olduğunu nəzərə çatdırıb.

Görüşdə hər bir layihə ətrafında geniş fikir mübadiləsi aparılıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak FAO ilə Azərbaycan arasında olan əməkdaşlığı yüksək qiymətləndirərək nəzərdə tutulan yeni layihələrin həyata keçirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.