“STRATEJİ YOL XƏRİTƏSİ”NDƏ QARŞIYA QOYULMUŞ VƏZİFƏLƏRİN İCRASI İLƏ BAĞLI İŞÇİ QRUPUNUN İCLASI KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

 

“STRATEJİ YOL XƏRİTƏSİ”NDƏ QARŞIYA QOYULMUŞ VƏZİFƏLƏRİN İCRASI İLƏ BAĞLI İŞÇİ QRUPUNUN İCLASI KEÇİRİLİBNazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikası Prezidenti tərəfindən strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə hesabatının nəticələrindən irəli gələrək aidiyyəti dövlət qurumlarına onların qarşısına qoyulmuş hədəflərə nail olmaq məqsədilə nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi tapşırığı verilmişdir.

Bununla əlaqədar olaraq, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin aiddiyəti qurumlar tərəfindən icrasının sürətləndirilməsi, habelə onların koordinasiyalı fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə əlaqələndirici qurum kimi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən nazir müavini Seyfəddin Talıbovun rəhbərliyi ilə əsas icraçı qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılmışdır.

Dekabrın 26-da Kənd Təsərrüfatı Nazirliyində işçi qrupunun ilk iclası keçirilmişdir. İclasda işçi qrupunun rəhbəri nazir müavini Seyfəddin Talıbov çıxış edərək “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə Kənd təsərrüfatı Nazirliyinin əsas icraçı qurum kimi müəyyən olunduğu tədbirlərin icra vəziyyəti barədə məlumat vermiş, bildirmişdir ki, məqsədimiz qarşımıza qoyulan vəzifələri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirməkdir. Qeyd edilmişdir ki, 2017-ci il ərzində görülmüş işlərə dair hesabatlar artıq aidiyyəti orqanlarla razılaşdırılması üçün hazırlanmışdır. Bütün aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları, komitələr və digər qurumlar tərəfindən hazırlanmış hesabatlara dair rəylərin mümkün qısa müddət ərzində bildirlməsi iclas iştirkaçılarının diqqətinə çatdırılmışdır.

Sonra işçi qrupunun üzvləri “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə əsas icraçı qurum kimi müəyyən olunduğu tədbirlərin icra vəziyyəti barədə məlumat vermiş və bununla bağlı geniş müzakirələr aparılmışdır.