DEKABRIN 28-DƏK ÖLKƏ ÜZRƏ PAMBIQ QƏBULU MƏNTƏQƏLƏRİNƏ 206 MİN 351 TON MƏHSUL TƏHVİL VERİLİB

Böyütmək | Kiçiltmək |

 

 

Dekabrın 28-dək ölkə üzrə qəbul məntəqələrinə 206 min 351 ton pambıq təhvil verilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə ötən gün 232 ton pambıq tədarük olunub.

Xatırladaq ki, bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektarda çiyid səpilib. İndiyədək tədarük olunan məhsul isə ötən ilin ümumi göstəricisindən 116 min ton çoxdur.

Respublikada pambıq tədarükünə dair dekabrın 28-nə olan operativ məlumatı təqdim edirik.