FAO-NUN “AZƏRBAYCANDA ARIÇILIQ SAHƏSİNDƏ MƏHSULDARLIĞIN ARTIRILMASI VASİTƏSİLƏ KƏND ƏHALİSİNİN YAŞAYIŞININ YAXŞILAŞDIRILMASI LAYİHƏSI” BAŞA ÇATIB

Böyütmək | Kiçiltmək

FAO-NUN “AZƏRBAYCANDA ARIÇILIQ SAHƏSİNDƏ MƏHSULDARLIĞIN ARTIRILMASI VASİTƏSİLƏ KƏND ƏHALİSİNİN YAŞAYIŞININ YAXŞILAŞDIRILMASI LAYİHƏSI” BAŞA ÇATIB
Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılmasına dair BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəklədiyi layihənin yekun seminarı keçirilib. FAO-Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində icra olunan və FAO-nun dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi layihənin məqsədi yerli Boz Dağ Qafqaz ana arı cinsinin yetişdirilməsi, eləcə də hər bir arı ailəsinin məhsuldarlığının  artırılması yolu ilə Azərbaycan arıçılarının gəlir və həyat şəraitinin təkmilləşdirilməsindən ibarətdir.

FAO-NUN “AZƏRBAYCANDA ARIÇILIQ SAHƏSİNDƏ MƏHSULDARLIĞIN ARTIRILMASI VASİTƏSİLƏ KƏND ƏHALİSİNİN YAŞAYIŞININ YAXŞILAŞDIRILMASI LAYİHƏSI” BAŞA ÇATIB
Layihənin icra müddəti ərzində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdindəki Arıçılıq Mərkəzində və Qax rayonunda  genofond arıxanaları yaradılıb. Bunun üçün FAO-nun köməkliyi ilə mütəxəssislər hazırlanıb və genofond arıxanası kimi fəaliyyət göstərəcək təşkilatlar zəruri avadanlıqlarla təchiz edilib. Rayonlaşmış və uzun illər saxlanılan Boz Dağ Qafqaz arı cinsinin təmiz genetik xəttinin tapılması üçün respublikanın müxtəlif rayonlarından arı nümunələri götürülərək Ankara Dövlət Universitetinə göndərilib, orada  bioloji və genetik analizlər aparılıb və cinsin əlamətlərini özündə daha çox saxlamış arı ailələri respublikanın seçilmiş arıxanalarından alınaraq hər iki genofond arıxanasına gətirilib. Bu arı ailələri ana yetişdiriciliyi yolu ilə təmizqanlı genetik material kimi istifadə edilir. Respublikada ilk dəfə arılarda Süni mayalama aparmaq təcrübəsi formalaşıb.

FAO-NUN “AZƏRBAYCANDA ARIÇILIQ SAHƏSİNDƏ MƏHSULDARLIĞIN ARTIRILMASI VASİTƏSİLƏ KƏND ƏHALİSİNİN YAŞAYIŞININ YAXŞILAŞDIRILMASI LAYİHƏSI” BAŞA ÇATIBLayihə çərçivəsində cəlb edilmiş beynəlxalq məsləhətçilərin köməyi ilə arıçılara seleksiya- damazlıq işlərinin aparılması, ana arı yetişdiriciliyi, arı ailələrinin məhsuldarlığının və davamlılığının artırılması yolları praktik təlimlər vasitəsi ilə öyrədilib. Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdindəki Arıçılıq Mərkəzində və Qax rayonundakı Api-Delta özəl arıxanada çalışan yerli mütəxəssislərə arı xəstəliklərinə dair praktik və nəzəri təlim keçirilib. “Ana arı yetişdirilməsi” və “Arıçılığa yeni başlayanlar üçün” mövzusunda təlimatlar buraxılıb və arıçı fermerlərə paylanıb.

Layihənin başa çatması ilə əlaqədar dekabrın 28-də Hilton otelində tədbir keçirilib. Tədbirdə FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin Rəhbəri Mələk Çakmak, Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış etmiş, Kənd Təsərrüfatı Nazirliyinin İcmallaşdırma və statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətzadə, Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Avropa İttifaqı və Xarici Əlaqələr üzrə Baş direktorunun müavini cənab Gürcan Özdağ, Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunu nəzdində Arıçılıq Mərkəzinin direktoru Allahverdi Seyidov və  layihənin Milli Layihə Koordinatoru – Asəf Ömərov layihə çərçivəsində görülmüş işlər barəsində təqdimatlar ediblər.