KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN “AZƏRBAYCAN AQRAR ELMİ” JURNALININ  XÜSUSİ BURAXILIŞI NƏŞR EDİLMİŞDİR

Böyütmək | Kiçiltmək |

 

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN “AZƏRBAYCAN AQRAR ELMİ” JURNALININ  XÜSUSİ BURAXILIŞI NƏŞR EDİLMİŞDİRAzərbay- can elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli təbiətşünas alim və tanınmış ictimai-siyasi xadim, akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 fevral tarixli 2655 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində Nazirliyin “Azərbaycan aqrar elmi” jurnalının xüsusi buraxılışı nəşr edilmişdir. Nəfis şəkildə çap olunmuş “Azərbaycan aqrar elmi” jurnalının  xüsusi buraxılışında  Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi  Tədbirlər planına uyğun olaraq Akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr edilmiş konfrans və seminarlar, ağacəkmə kampaniyası, Azərbaycan Dövlət Aqrar Universitetində görkəmli alimin xatirəsinə həsr edilmiş yaşıllıq zonasının yaradılması və tanınmış ictimai-siyasi xadimin həyatı və elmi fəaliyyəti barədə dolğun materiallar dərc edilmişdir.