AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ YANVAR-FEVRAL AYLARINDA FERMERLƏRİN İŞTİRAKI İLƏ  ELMİ-PRAKTİK SEMİNARLAR KEÇİRİLƏCƏKDİR

Böyütmək | Kiçiltmək |

 

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ YANVAR-FEVRAL AYLARINDA FERMERLƏRİN İŞTİRAKI İLƏ  ELMİ-PRAKTİK SEMİNARLAR KEÇİRİLƏCƏKDİRAzərbay- can Dövlət Aqrar Universi- tetində 2018-ci ilin yanvar-fevral aylarında fermerlərin iştirakı ilə  elmi-praktik seminarların keçirilməsi nəzərdə tutlur. Yanvarın 18-də keçiriləcək ilk seminar “Günəbaxan bitkisinin becərilmə texnologiyası” mövzusuna həsr olunub. Seminarda Günəbaxan sahəsinin əkinə hazırlanması, toxumun seçilməsi və səpinin optimal müddətdə aparılması, Günəbaxan əkinlərində aqrotexniki tədbirlərin həyata keçirilməsi, Günəbaxan bitkisinin xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə tədbirləri, Günəbaxan məhsulunun istehsalı və satışının təşkili mövzularında məruzələr dinləniləcək.

Yanvarın 26-da isə “Bağçılığın aktual problemləri” mövzusuna həsr olunmuş 2-ci seminar keçiriləcəkdir. Seminarda Meyvəçilikdə mövcud problemlər və onların həlli yolları, Meyvə AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ YANVAR-FEVRAL AYLARINDA FERMERLƏRİN İŞTİRAKI İLƏ  ELMİ-PRAKTİK SEMİNARLAR KEÇİRİLƏCƏKDİRbağlarında aqrotexniki tədbirlərin təqvimi, Meyvə bitkilərinin xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə üsulları, Meyvə məhsulunun istehsalı və satışının təşkili mövzularında məruzələr dinləniləcək.

“İribuynuzlu qaramalın bəslənməsi” mövzusuna həsr olunmuş 3-cü seminarın fevral ayının 2-də keçirilməsi nəzərdə tutulur. Seminarda Müxtəlif istiqamətli qaramalın cins tərkibi və onun yaxşılaşdırılması yolları, Müxtəlif istiqamətli qaramalın yemləndirilməsi, Müxtəlif istiqamətli qaramalın xəstəliklərinə qarşı müalicə və profilaktiki tədbirlər və Mal əti istehsalı və satışının təşkili mövzularında məruzələr dinləniləcək.

“Quşların bəslənməsi” mövzusuna həsr olunmuş sonuncu seminar fevral ayının 13-də keçiriləcəkdir. Bu seminarda isə Ətlik, ətlik-yumurtalıq və yumurtalıq istiqamətdə quşların cins tərkibinin müəyyənləşdirilməsi və bəslənməsi, Quşların yemləndirilməsi, Quşların xəstəliklərinə qarşı profilaktiki tədbirlər və Quş əti, yumurta istehsalı və satışının təşkili mövzularında məruzələr dinləniləcək.