2017-Cİ İLDƏ RESPUBLİKA ÜZRƏ 913,9 MİN TON KARTOF, 1405,6 MİN TON TƏRƏVƏZ YIĞILIB

Böyütmək | Kiçiltmək |

 

2017-ci ildə 913,9 min ton və ya əvvəlki ilə nisbətən 1,3 faiz çox kartof, 1405,6 min ton (10,6 faiz çox) tərəvəz, 438,1 min ton (5,7 faiz az) bostan məhsulları yığılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə meyvə və giləmeyvə istehsalı 2017-ci ildə 8,2 faiz artaraq 954,8 min ton olub. İl ərzində əlavə olaraq 10942 hektarda fındıq, 971 hektarda nar, 471 hektarda xurma, 681 hektarda sitrus meyvə bağları salınıb.

Həmçinin ötən il 152,8 min ton (12,0 faiz çox) üzüm, 775,2 ton (23,7 faiz az) yaşıl çay yarpağı, 422,2 min ton (22,0 faiz çox) şəkər çuğunduru, 30,6 min ton (78,1 faiz çox) dən üçün günəbaxan, 5213,2 ton (45,4 faiz çox) tütün yarpağı, 207,5 min ton (2,3 dəfə çox) pambıq yığılıb.