KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ BERLİN ŞƏHƏRİNDƏ KEÇİRİLMİŞ “BEYNƏLXALQ YAŞIL HƏFTƏ” SƏRGİSİNDƏ İŞTİRAK ETMİŞDİR 

Böyütmək | Kiçiltmək |

 

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ BERLİN ŞƏHƏRİNDƏ KEÇİRİLMİŞ “BEYNƏLXALQ YAŞIL HƏFTƏ” SƏRGİSİNDƏ İŞTİRAK ETMİŞDİR 
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbovun başçılığı ilə nümayəndə heyəti 2018-ci ilin 18-20 yanvar tarixlərində Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində təşkil olunmuş kənd təsərrüfatı, bağçılıq və ərzaq sahələrində dünyanın ən nüfuzlu beynəlxalq sərgilərindən olan “Beynəlxalq Yaşıl Həftə”  sərgisində və KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ BERLİN ŞƏHƏRİNDƏ KEÇİRİLMİŞ “BEYNƏLXALQ YAŞIL HƏFTƏ” SƏRGİSİNDƏ İŞTİRAK ETMİŞDİR 
Kənd Təsərrüfatı Nazirlərinin 10-cu Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumunda iştirak etmişdir. Nazir müavini Seyfəddin Talıbov ənənəvi olaraq hər il keçirilən sərgidə Azərbaycanın milli stendinin açılışını edərək şirkətlərin nümayiş etdirdiyi məhsullarla yaxından tanış olmuşdur. Milli stenddə ölkəmizin 14 şirkətinin məhsulları nümayiş etdirilmişdir. Bundan əlavə səfər çərçivəsində  Azərbaycan nümayəndə heyəti ilə Almaniyanın Kənd Təsərrüfatı üzrə Leibniz İnstitutunun və  BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatının rəsmiləri arasında  KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ BERLİN ŞƏHƏRİNDƏ KEÇİRİLMİŞ “BEYNƏLXALQ YAŞIL HƏFTƏ” SƏRGİSİNDƏ İŞTİRAK ETMİŞDİR görüşlər keçirilmiş və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur.   

Bununla yanaşı nazir müavini Seyfəddin Talıbov 20 Yanvar 2018-ci il tarixində Berlin şəhərində “Beynəlxalq Yaşıl Həftə Sərgisi” çərçivəsində keçirilən  “Nazirlərin 10-cu Konfransı”nda iştirak etmiş və konfrans zamanı təşkil olunan plenar müzakirələrdə məruzə ilə çıxış edərək ölkəmizdə aqrar sahəyə göstərilən dövlət dəstəyi, əldə olunan nailiyyətlər, həmçinin kənd təsərrüfatı məhsullarının ixrac potensialı barədə ətraflı məlumat vermişdir.

Sərgidə və milli stendimizin açılışında Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da iştirak etmişdir.