ÖTƏN İL 15,2 MİN HEKTAR SAHƏDƏ DƏN ÜÇÜN GÜNƏBAXAN, 13,8 MİN HEKTAR SAHƏDƏ ŞƏKƏR ÇUĞUNDURU, 3,2 MİN HEKTAR SAHƏDƏ İSƏ TÜTÜN ƏKİLİB

Böyütmək | Kiçiltmək |

 

2017-ci ildə 136,4 min hektar sahədə pambıq, 15,2 min hektar sahədə dən üçün günəbaxan, 13,8 min hektar sahədə şəkər çuğunduru, 3,2 min hektar sahədə isə tütün əkilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, il ərzində həmin sahələrdən 30,6 min ton və ya 2016-cı ilin müvafiq dövrünə nisbətən 78,1 faiz çox dən üçün günəbaxan, 422,2 min ton (22 faiz çox) şəkər çuğunduru, 5 min 213,2 ton (45,4 faiz çox) tütün yarpağı, 207,5 min ton (2,3 dəfə çox) pambıq yığılıb.

Meyvə və giləmeyvə istehsalı 8,2 faiz artaraq 954,8 min ton təşkil edib. İl ərzində əlavə olaraq 10 min 942 hektarda fındıq, 971 hektarda nar, 471 hektarda xurma, 681 hektarda sitrus meyvə bağları salınıb. Bu məhsullar üzrə istehsal müvafiq olaraq 45,5 (32,9 faiz çox), 156,8 (8 faiz çox), 147,2 (3 faiz çox) və 42,8 (8,4 faiz az) min ton olub.

Ötən il, həmçinin 152,8 min ton (12 faiz çox) üzüm, 775,2 ton (23,7 faiz az) yaşıl çay yarpağı yığılıb.