QAX DAMAZLIQ İPƏKÇİLİK STANSİYASI YENİDƏN QURULUR

Böyütmək | Kiçiltmək |

 

QAX DAMAZLIQ İPƏKÇİLİK STANSİYASI YENİDƏN QURULUR
Qax Damazlıq İpəkçilik Stansiyasının yenidən qurulması istiqamətində işlər sürətlə davam etdirilir.

Stansi- yanın yenidən qurulması Prezident İlham Əliyevin "Azərbaycan Respubli- kasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 19 may tarixli Sərəncamına uyğun olaraq həyata keçirilir. Sərəncama əsasən, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və ən müasir avadanlıqla təchiz olunması üçün Prezidentin ehtiyat fondundan 4,5 milyon manat vəsait ayrılıb.

Ərazidə inşa edilən 1 nömrəli binanın zirzəmi hissəsində və birinci mərtəbəsində hörgü və suvaq işləri artıq başa çatıb. Hazırda ikinci mərtəbədə hörgü işləri aparılır. Həmin binada hibrid barama toxumu yetişdiriləcək. Elit barama toxumunun yetişdirilməsi üçün nəzərdə tutulan ikinci binanın zirzəmisində də hörgü işləri yekunlaşıb və birinci mərtəbənin dəmir qəlibi yığılır. Eyni zamanda, artıq stansiyanın inzibati binasının tikintisinə də başlanılıb.

QAX DAMAZLIQ İPƏKÇİLİK STANSİYASI YENİDƏN QURULURƏrazidə inşa edilən yardımçı tikililərin, o cümlədən qazanxana binasının, 100 və 50 kubmetrlik yanğın əleyhinə və içməli su hovuzlarının, çirkab su anbarının tikintisi də yekunlaşıb. Stansiyada Çindən gətiriləcək ən müasir avadanlıq quraşdırılacaq.

Hazırda tikinti meydançasında 60-dan çox işçi çalışır.

Son illər kümçülərin damazlıq barama toxumu ilə təmin edilməsi üçün Çindən gətirilən və stansiyada inkubasiyaya qoyulan toxumlardan istifadə olunur. Stansiya müasir standartlara uyğun yenidən qurulduqdan sonra daha xaricdən toxum gətirməyə ehtiyac qalmayacaq və bu işlər stansiyanın özündə təşkil olunacaq.

Baramaçılığın gələcək inkişafını təmin etmək, onun yem bazasını möhkəmləndirmək məqsədi ilə 2016-cı ilin payızında və 2017-ci ildə stansiyanın ərazisində 3 hektar sahədə Çindən gətirilən 30 min ədəd tut tingi əkilib. Əvvəlki il əkilən 20 min tingin bitişi normaldır və builki mövsümdən etibarən onlardan ipəkqurdunun yemlənməsi üçün istifadə ediləcək.