2017-Cİ İLDƏ ÖLKƏ ÜZRƏ 540,5 MİN TON DİRİ ÇƏKİDƏ ƏT İSTEHSAL EDİLİB

Böyütmək | Kiçiltmək |

 

2017-ci ildə ölkə üzrə 540,5 min ton, yaxud əvvəlki ilə nisbətən 3,2 faiz çox diri çəkidə ət, 2024,1 min ton (0,7 faiz çox) süd, 1714,0 milyon ədəd (6,5 faiz çox) yumurta, 16,0 min ton (3,7 faiz az) yun, 245,2 ton (3,5 dəfə çox) barama istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə ötən il 8465,6 min baş qoyun və keçi, 2679,3 min baş iribuynuzlu mal-qara, o cümlədən, 1289,8 min baş inək və camış mövcud olub.