AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ ARI XƏSTƏLİKLƏRİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

 

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ ARI XƏSTƏLİKLƏRİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB
Bakıda IV Azərbaycan Beynəlxalq Arıçılıq konfransı keçirilib. Konfrans çərçivəsində Kənd  Təsər- rüfatı Nazirliyinin təşkilatçılığı ilə 05 fevral 2018-ci il tarixdə Aqrar Universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində “Arı sağlığı” adlı tədbir keçirilib. Tədbirdə fakültənin müəllim və tələbələri ilə yanaşı ətraf rayonlardan olan arıçılıqla məşğul olan iş adamları da iştirak edib. 

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ ARI XƏSTƏLİKLƏRİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİBTədbirdə Türkiyənin Uludağ Universiteti Baytarlıq Fakultəsinin elmi katibi Levent Aydın təqdimatla çıxış edib.  Təqdimatda arıçılıqda xəstəliklərlə bağlı iştirakçılara geniş və elmi məlumatlar verilib. Təqdimat qarşılıqlı dioloq formasında aparılıb. Müəllim və tələbələri, eləcə də arıçıları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib, arıçılığın inkişafı istiqamətində vacib məsələlərdən danışılıb. Mövcud xəstəliklərin qarşısının alınmasında elmi yanaşmanın əhəmiyyəti diqqətə çatdırılıb.

Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafı şöbəsinin sektor müdiri Tərlan Əskərov isə Bursa Universiteti ilə ADAU-nun qardaşlaşma niyyətindən danışıb və bu addımın hər iki tərəf üçün faydalı olacağını diqqətə çatdırıb.