QUBADA VƏ GƏNCƏDƏ SEMİNARLAR KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

 

QUBADA VƏ GƏNCƏDƏ SEMİNARLAR KEÇİRİLİBAzərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ində nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədi ilə Kənd təsərrüfatı nazirliyinin , İsveçrənin “Syngenta AGRO” şirkətinin və Aqrokimya Məhdud Məsuliyyətli Cəmiyyətin birgə təşkilatçilığı ilə cari ilin 14 fevral tarixində Quba rayonunda “Meyvə bağlarında xəstəlik və zərərvericilərə qarşı səmərəli mübarizənin təşkili və mütərəqqi becərmə texnologiyalarının tətbiqi” mövzularında regional seminar keçirilmişdir.

Tədbirdə Nazirliyin Bitkiçilik şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Aqrar Elm və İnformasiya Məsləhət  Mərkəzinin, rayon Kənd Təsərrüfatı İdarələrinin, aidiyyəti elmi-tədqiqat institutlarının, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, eləcə də 50-yə yaxın fermer və sahibkar iştirak etmişdir.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov, “Aqrokimya” MMC-nin direktoru Məmməd Məmmədov, “Syngenta AGRO” AG şirkətinin nümayəndələri George Dragan, Sergey Beloşapkin və Vlodimir Voyevodin meyvə bağlarında xəstəlik və zərərvericilərə qarşı müasir mübarizə üsulları, onların tətbiqi və qabaqcıl becərmə texnologiyaları barədə çıxışlar ediblər.

Sonda seminarın mövzusuna uyğun iştirakçıları maraqlandıran məsələlər onlara izah olundu, geniş fikir mübadiləsi aparıldı, onlara məxsus əkin sahələrində xəstəlik və zərərvericilərə qarşı səmərəli mübarizənin təşkili üçün müvafiq tövsiyələr verildi.  

Bu gün isə  Gəncədə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə İsveçrənin “Syngenta AGRO” şirkətinin və Aqrokimya Məhdud Məsuliyyətli Cəmiyyətin birgə təşkilatçilığı ilə “Üzüm bağlarında xəstəlik və zərərvericilərə qarşı mübarizə vasitələri və bu sahədə qabaqcıl ölkələrin təcrübəsi” mövzusunda seminar keçirilib. Seminarda Gəncə və ətraf rayonların fermerləri iştirak edib. Tədbir geniş diskussiya şəraitində keçirilib və müvafiq tövsiyələr verildi.