“SUBSİDİYA VƏ SİYASƏTƏ DAİR İNFORMASİYA SİSTEMİ”NDƏN İSTİFADƏYƏ DAİR TƏLİM KEÇİRİLMİŞDİR

Böyütmək | Kiçiltmək |

 

“SUBSİDİYA VƏ SİYASƏTƏ DAİR İNFORMASİYA SİSTEMİ”NDƏN İSTİFADƏYƏ DAİR TƏLİM KEÇİRİLMİŞDİRAzərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 2017-ci il 10 iyul tarixli 51 nömrəli əmri ilə təsdiq edilmiş “Subsidiya və siyasətə dair informasiya Sistemi” (SSİS) üzrə məlumat bazasının formalaş- dırılması, tətbiqinin sürətləndirilməsi və inkişaf etdirilməsinə dair 2017-ci il üzrə Tədbirlər planı”nın 30-cu bəndinə əsasən süni mayalanma yolu ilə alınmış hər buzova görə heyvan sahiblərinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi prosedurları SSIS-də işlənilir.

Bu sahədə məlumatların düzgün toplanması və emal edilərək informasiya sisteminə daxil edilməsi və ümumiyyətlə SSİS-dən istifadə məqsədilə rayon (şəhər) kənd təsərrüfatı idarələrinin əməkdaşlarının göstərilən məsələlər üzrə bilik və bacarıqlarının daha da artırılması üçün 2018-ci ilin 16 fevral tarixində təlim kursu təşkil edilib.

Təlimdə rayon Kənd Təsərrüfatı İdarələrinin heyvandarlıq və informasiya texnologiyaları üzrə əməkdaşları iştirak ediblər.

Təlimdə süni mayalanma tədbirləri haqqında məlumatların müvafiq formada SSİS-ə işlənməsi, habelə süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi məqsədi ilə rayon (şəhər) komissiyalarının müvafiq sənədlərini sistem üzərindən Kənd Təsərrüfatı Nazirliyinə göndərilməsi qaydaları izah olunmuşdur.

Tədbirdə geniş müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.