GÖYGÖL RAYONUNDA RESPUBLİKA SÜNİ MAYALANMA MƏRKƏZİ İLƏ TANIŞLIQ VƏ TƏŞVİQAT MƏQSƏDİ İLƏ SEMİNAR KEÇİRİLMİŞDİR

Böyütmək | Kiçiltmək |

 

 

GÖYGÖL RAYONUNDA RESPUBLİKA SÜNİ MAYALANMA MƏRKƏZİ İLƏ TANIŞLIQ VƏ TƏŞVİQAT MƏQSƏDİ İLƏ SEMİNAR KEÇİRİLMİŞDİR
Respublika Süni Mayalanma Mərkəzinin yeni kompleksinin istifadəyə verilməsi respublikada qaramalın cins tərkibinin yaxşılaşdı- rılmasında müstəsna rol oynayır. Mərkəzdə ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya, heyvanların tələblərinə cavab verən saxlama və yemləmə infrastrukturu yaradılmış, toxumun əldə edilməsindən satışınadək bütün mərhələlərin proqram təminatı əhatə edilməsi və funksional fəaliyyətin etibarlı və təhlükəsiz yerinə yetirilməsi təmin edilmişdir.

GÖYGÖL RAYONUNDA RESPUBLİKA SÜNİ MAYALANMA MƏRKƏZİ İLƏ TANIŞLIQ VƏ TƏŞVİQAT MƏQSƏDİ İLƏ SEMİNAR KEÇİRİLMİŞDİRFevral ayının 23- də respublikada maldarlıq istiqamətində fəaliyyət göstərən iri heyvandarlıq komplekslərinin rəhbərlərinin, mütəxəssislərinin iştirakı ilə Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzi ilə tanışlıq və təşviqat məqsədi ilə seminar keçirilmişdir. Seminarda Nazirliyin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev iştirak etmişdir. Mərkəzdə genetik material istehsalının qurulması məqsədi ilə Türkiyə respublikasından dəvət edilmiş mütəxəssis Serdar Karagöz burada icra edilən texnoloji proseslər barədə geniş məlumat verdi. Mərkəzin işinin təşviqi məqsədi ilə iştirakçılara törədici buğaların kataloqu və digər maarifləndirici materiallar paylandı və müxtəlif cinsli törədici heyvanların nümayişi təşkil edildi. Respublikada yaradılmış iri heyvandarlıq kompleksləri intensiv ferma modeli nümunəsi olmaqla damazlıq təsərrüfat kimi də fəaliyyət göstərirlər. Bu təsərrüfatlarda yerləşdirilmiş damazlıq heyvanlar respublikada qaramalın cins tərkibinin yaxşılaşdırılmasında istifadə edilir. Seçilmiş törədicilərin gələcəkdə Respublika Süni Mayalanma Mərkəzində saxlanaraq istifadə edilməsi nəzərdə tutulmuşdur.