TORPAQLARIN KONSOLİDASİYASI ÜZRƏ PİLOT LAYİHƏ MÜZAKİRƏ OLUNUB

Böyütmək | Kiçiltmək |

 

TORPAQLARIN KONSOLİDASİYASI ÜZRƏ PİLOT LAYİHƏ MÜZAKİRƏ OLUNUBBu gün Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək” layihəsinin nümayəndələri ilə görüşüb.

Görüşün məqsədi Layihənin icra vəziyyəti və strategiyanın hazırlanması ilə bağlı müzakirələrin aparılması olub. Layihə çərçivəsində missiyanın gözlənilən nəticələrini müzakirə etmək üçün Nazirliyin müvafiq heyəti ilə görüşlər keçirmək, habelə Strategiya Hazırlanmasına dair daxili seminarını, layihənin ikinci Təlim Seminarını Bakıda və ikinci İcma İnkişafı Seminarını pilot ərazidə Salyanda keçirilməsi nəzərdə tutulub.

Aparat rəhbəri İlham Bayramov son zamanlar kənd təsərrüfatı sahəsində əldə olunmuş uğurlar barədə qonaqlara məlumat vermiş və aqrar sahənin prioritet sahələrindən söhbət açaraq hazırda həyata keçirilən bu layihənin də kənd təsərrüfatı üçün vacib olduğunu qeyd edib. İlham Bayramov layihə çərçivəsində keçirilən tədbirlərə Nazirliyin müvafiq idarələrinin də cəlb olunmasını məqsədəuyğub hesab edib. O, bu layihəni “Kənd Təsərrüfatı Məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi”nin hədəflərindən biri kimi qiymətləndirib.

FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin (AMARO) nümayəndəsi və Layihənin Baş Texniki Əməkdaşı Morten Hartviqsen layihənin əhəmiyyətindən söhbət açaraq artıq Salyanda 600 fermerin 540 nəfərindən müsahibə alındığını söyləmiş və bu informasiyaların üzərində işlədiklərini diqqətə çatdırıb. Əldə olunana məlumatların bazaya yerləşdirilməsini həyata keçirildiyini və fermerlərin 90 faizinin layihəyə müsbət münasibət bəslədiyini diqqətə çatdırıb.

Sonra Layihə çərçivəsində görülən işlərlə əlaqədar müzakirələr aparılıb və torpaqlartın konsalidasiyası sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi məqsədəuyğun hesab edilib.

Layihənin ikinci Təlim Seminarı 27 fevral 2018-ci il tarixində Bakı şəhərində  keçiriləcəkdir. Seminarda Nazirliyin, elm-tədqiqat institutlarının və universitetlərin, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) müvafiq əməkdaşlarının iştirakı nəzərdə tutulur.  

İkinci İcma İnkişafı Seminarının 28 fevral 2018-ci il tarixində Salyan rayonunun Şorsulu kəndində keçirilməsi planlaşdırılır. Tədbirdə layihənin milli məsləhətçiləri, Şorsulu kəndinin fermerləri, Kənd Təsərrüfatı Nazirliyinin və ƏMDK-ın əməkdaşları iştirak edəcəkdir.