NOVRUZ BAYRAMI İLƏ ƏLAQƏDAR BAKI VƏ SUMQAYIT ŞƏHƏRLƏRİNDƏ KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ SATIŞ YARMARKALARI TƏŞKİL OLUNACAQ

Böyütmək | Kiçiltmək |

 

Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 17-20 mart 2018-ci il tarixlərində  fasiləsiz olaraq  4 gün müddətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulmuşdur.

Yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur:

 

Bakı şəhəri üzrə:

  

  1. Xətai rayonu:

-Məzahir Rüstəmov  küçəsi, Bakı kinoteatrının yaxınlığı 

  1. Nərimanov rayonu:

-Keşlə bazarının ərazisi;

  1. Səbail rayonu:

-Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası

  1. Suraxanı rayonu:

 -Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı  Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı

  1. Binəqədi rayonu :

-Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.

 

Sumqayıt şəhəri üzrə (1 yerdə):

 

- 12-ci mikrorayon

 

 

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaqdır.