Günəbaxan çox əhəmiyyətlı yağlı bitkidir. Qara şabalıdı torpaqlar və boz meşə torpaqları günəbaxan yetişdirmək üçün yararlıdır. O, qumsal və şoran torpaqlarda və gec qızan ağır mexaniki tərkibli torpaqlarda pis böyüyür.
Günəbaxanın yaxşı inkişaf edən 2-3 m və çox dərinliyə çatan mil kök sistemi vardır. Bu bitki, quraqlığa davamlı sayılsa da, yüksək məhsul əldə edilməsindən ötrü torpaqda müəyyən miqdarda rütubət olmasını tələb edir. Onun sudan istifadə əmsalı 600 təşkil edir. Günəbaxan ən çox miqdarda nəmliyi (ümumi miqdarın 60%-nə yaxın) hamaşçiçək əmələ gəlməsinin başlanğıcından çiçəkləmə dövründə, gövdənin və yarpaqların intensiv böyüməsi zamanı istifadə edir. Bu dövrdə bitkilər nəmliyi torpağın şumalt qatlarından , quraq illərdə isə hətta 100 sm və daha artıq dərinlikdən alır.
Günəbaxanın yüksək məhsulu payızlıqlardan sonra, qarğıdalı və taxıl-paxlalılardan sonra əldə edilir. Yazlıq buğda, vələmir və kartof qarğıdalı üçün pis sələflər deyil. Günəbaxanın məhsulun formalaşması üçün istifadə etdiyi qida elementlərinin ümumu miqdarı intensiv sortların məhsuldarlıq hektarda 40-60 sentnerə çatanda xeyli böyük olur. Qida maddələrinin çıxarılması konkret torpaq iqlim şəraitləri, sortun məhsuldarlığı, həyata keçirilmiş aqrotexniki və təşkilati tədbirlərlə müəyyən edilir. Digər tarla bitkilərinə nisbətən günəbaxan çoxlu miqdarda azot və fosfor çıxardır, kaliumun çıxarılmasına görə isə onun bərabəri yoxdur. 20 sen/ha miqdarında toxum əmələ gəlməsindən ötrü o, 120 kq/ha azot, 50-fosfor və 250-300 kq/ha kalium istifadə edir. Mühit amilləri və qidalanma şəraitindən asılı olaraq bu göstəricilər xeyli dəyişə bilər.
Keçmişdə günəbaxan əkin dövriyyəsində bir-iki tarla (ümumi əkin sahəsinin 5-7 %-i) tutan zaman belə hesab edirdilər ki, kalium gübrələrinin verilməsi məhsulun artmasına təsir etmir, çünki bu regionun torpaqlarında kaliumun miqdarı yüksək olmuşdur. Bitkinin kök sistemi torpaqdan bu elementi udmaq qabiliyyətinə malikdir. Günəbaxanın xüsusi çəkisi əkin dövriyyəsində getdikcə artır və bəzən 30-35 %-ə çatır. Bu o deməkdir ki, azot-fosfor gübrələri kifayət qədər verilmədiyi üçün qida elementləri azalmış və yaxud tükənmişdir. Bu günəbaxanın intensiv sort toxumlarının səpinində məhsulun böyüklyünə və onun keyfiyyətinə xeyli təsir göstərir, çünki yağlar karbohidratlardan sintez olunur, sonuncuların sintazi isə kalium qidasından birbaşa asılıdır. Ona görə bir çox təsərrüfatlar günəbaxan yetişdirərkən, gübrələmə sisteminə kaliumun orta normalarını (40-60 kq/ha) daxil edərək onun məhsuldarlığını artırır, həm də elementin torpaqda müsbət balansını saxlayırlar.
Günəbaxan qida maddələrini vegetasiya prosesində qeyri-bərabər udur. Azot və fosforun böyük miqdarı ona çiçəkləmədən əvvəl daxil olur, bu zaman yarpaqlar , gövdə və köklər əmələ gəlir. Çətirlər əmələ gələndən sonra fosforun udulması kəskin azalır. Günəbaxan, kaliumu demək olar ki, bütün vegetasiya dövrü ərzində, lakin çiçəkləməyə qədər xüsusilə intensiv udur.
Günəbaxanın böyümə, inkişaf və məhsuluna müxtəlif qida maddələri müxtəlif cür təsir edir. Azot bitkilərin böyüməsini gücləndirir, onların daha iri olmasına və çətirlərin formalaşmasına kömək edir. Lakin həddindən artıq azot qidası toxumlarda zülalın miqdarını çoxaldır, yağ toplanmasına isə mənfi təsir göstərir, onların yağlılığını kəskin azaldır. Fosfor kök sisteminin güclü inkişafına, çətirdə çoxlu miqdarda rüşeym çiçəkləri olan reproduktiv orqanların yaranmasına kömək edir. Bitkilər fosforla kifayət qədər qidalandıqda inkişafı tezləşir, rütubəti daha səmərəli sərf edir, bunun nəticəsində onlar daha davamlı quraqlığa və torpaqda nəmlik çatışmazlığına tab gətirir.
Güclü fosfor qidalanmasında günəbaxan bitkilərinin sudan istifadə əmsalı kəskin aşağı düşür. Onların qidalanmasında kaliumun böyük əhəmiyyəti var, çünki fotosintezə və karbohidrat mübadiləsinə xeyli təsir edir.
Günəbaxanın gübrələnmə sistemi üç üsuldan ibarətdir: əsas, səpin və əlavə yemləmələr.
Günəbaxanın dən məhsuluna üzvi gübrələr müsbət təsir edir. Peyini ya bilavasitə günəbaxan əkini altına verir, yaxud onun əkinlərini peyinlənmiş sələflərdən sonra yerləşdirirlər. Bu hallarda məhsul artımı təxminən eynidir. Ona görə də peyinin sələf altına verilməsi, məsələn, yazlıq buğda altına daha əlverişlidir. Bu halda məhsul artımı hər iki bitkidə yüksək olur. Şəkər çuğunduru ilə növbəli əkinlərdə peyinin çuğundur altına verilməsi də məqsədə uyğundur. Əgər günəbaxanı peyin verilməmiş sələflərdən sonra yerləşdirirlərsə, onda mütləq mineral gübrələr verirlər. Odur ki, günəbaxan altına peyin və minaral gübrələr ayrılıqda verilməlidir.
Gübrələrin normasını torpaq iqlim şəraitlərindən asılı olaraq təyin edirlər. Günəbaxan altına mineral gübrələrin payızda dondurma şumu ərəfəsində verilməsi çox səmərəlidir. Əgər yazda mineral gübrələr verilməsi zəruriyyəti meydana çıxarsa , onda onları kultivasiya altına yox, lokal şəkildə lentlərlə 35-40 sm məsafədə 10-12 sm dərinliyə bitkiqidalandıran kultivatorla vermək daha yaxşıdır. Gübrələrin lokal verilməsində onların səmərəliliyi dağınıq verilməsindıkinə nisbətən 25-60% yüksək olur.
Günəbaxanın səpilməsi zamanı kiçik dozalarda mineral gübrələr verilməsi yaxşı nəticə verir. Adətən azot-fosfor gübrələrin (N 10 P 20) cərgələrdən 6-8 sm kənara və toxum basdırılan səviyyədən 2-3 sm aşağı verirlər. Günəbaxanın məhsulunun artırılmasında bitkilərin inkişafının erkən müddətində torpağın və cərgələrarasının birinci yumşaldılması ilə eyni vaxtda yemləndirilməsinin böyük rolu vardır. Yemləmə o halda xüsusilə vacibdir ki, səpinə qədər gübrələr verilməmiş olsun. Gübrələr torpağın nəm qatına bitkilərin kök sistemini zədələmədən verdikdə çox böyük səmərə əldə edilir.
Yemləmədə gübrələrin az dərinliyə verilməsi səmərəli deyil, çünki onlar torpağın quru qatına düşür, həmçinin çox dərinə verilməsi də yaxşı deyil, bu zaman gübrələr bitkilərə çox yaxın verildiyi üçün kökləri zədələnir. Ona görə də gübrələri bitkiqidalandıran kultivatorlar vasitəsilə 8-10 sm dərinliyə və cərgədən 15-20 sm aralı vermək lazımdır. Yemləməni 2-3 cüt yarpaqlar əmələ gələn zaman aparırlar. Azot-fosfor, yaxud tam mineral(N20 P30 K30) gübrələr verirlər. Ikinci yemləmədə gübrələri cərgə arsının ortası boyunca 10-12 sm dərinliyə verirlər.