Birbaşa Dövlət Dəstəyi

K/t-da sığortaya yardım NK Qərarı (04.03.04, № 22)

  • A
  • A
  • A

 Sığortalanmasma maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növlərinin və sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsinin müəyyən edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqmda" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 793 nömrəli Fərmanının 1-ci bəndinin beşinci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.Sığortalanmasına dövlət tərəfindən maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növləri aşağıdakı kimi müəyyən edilsin:

buğda, arpa, qarğıdalı, günəbaxan - dən üçün, kartof, şəkər çuğunduru, tərəvəz (göyərti istisna olmaqla), meyvə, sitrus və üzüm bağlarının məhsulları sahələri (məhsul) - yanğın, dolu, sel, daşqın, şaxta vurması.

2.Müqavilə  üzrə hesablanmış sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsi sığorta haqqının 50 faizi həcmində müəyyən edilsin.

3.Bu qərar imzalandığı gündən qüvvəyə  minir.

 

Azərbaycan Respublikasının Baş Naziri        A.RASİZADƏ

 

Bakı şəhəri, 4 mart 2004-cü il

 

№ 22