Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasında buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 noyabr tarixli 179 nömrəli qərarının 3-cü bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Sığortalanmasına maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növlərinin və sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 22 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №3, maddə 189; 2007-ci il №2, maddə 192) 1-ci bəndinin ikinci abzasında “(göyərti istisna olmaqla)” sözlərindən sonra “meyvə, sitrus və üzüm bağlarının məhsulları” sözləri əlavə edilsin.
2. “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №2, maddə 192, №11, maddə 1184) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
2.1. 2-ci bəndində “26” rəqəmi “50” rəqəmi ilə əvəz edilsin;
2.2. 7-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin əsaslandırılmış sifarişi əsasında hər il dövlət büdcəsində kənd təsərrüfatı məhsullarının istehsalında və əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq, motor yağları və mineral gübrələrə görə yardımın verilməsi üçün ayrılması nəzərdə tutulan vəsait hesabına əkin sahəsinin becərilməsi və buğda səpini üçün verilən yardımların alınmasına lazım olan blankların və ərizə formalarının çap olunmasına, plastik kartların hər istehsalçıya bir dəfə hazırlanmasına və onlara göstərilən bank xidmətinə görə müvafiq məbləğdə vəsaitin ayrılmasını təmin etsin”;
2.3. qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”nın:
2.3.1. 1.2-ci bəndində “26” rəqəmi “50” rəqəmi ilə əvəz edilsin;
2.3.2. 2.6-cı bəndi aşağıdakı redaksiyada verilsin:
“2.6. Satıcı mineral gübrələrin alğı- satqısını təsdiqləyən sənədləri, satılan mineral gübrələrin miqdarını və dəyərini göstərməklə, istehsalçılar (alıcı) üzrə icmal siyahını tərtib edərək, üç nüsxədən ibarət hər ayın 30-dək müvafiq rayon komissiyasına təqdim edir. Rayon komissiyası təqdim edilmiş sənədlərə 3 (üç) iş günü müddətində baxır və icmal siyahını təsdiq edərək, bir nüsxəsini Respublika Komissiyasına (Naxçıvan Muxtar Respublikası Komissiyasına) təqdim edir, ikinci nüsxəsini isə satıcıya qaytarır (3 nömrəli əlavə)”;
2.3.3. 2.7-ci bəndində “gübrələr haqqında” sözlərindən sonra “rayon icra hakimiyyəti tərəfindən təsdiq edilmiş icmal siyahını” sözləri əlavə edilsin və “məlumatları” sözü çıxarılsın;
2.3.4. 2.11-ci bəndinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Qeydiyyatdan keçməyən hüquqi və fiziki şəxslər mineral gübrələrin alğı- satqı əməliyyatlarını apardıqları zaman bu Qaydaların şərtləri onlara şamil edilmir”;
2.3.5. həmin Qaydaların 1 nömrəli əlavəsindəki ərizə nümunəsinin “Təsdiq edirəm” hissəsində “rayonu, Göylər kənd bələdiyyəsinin sədri” sözləri “Rayon İcra Hakimiyyəti başçısının Göylər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi” sözləri ilə əvəz edilsin;
2.4. qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və f iziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının tərkibi”ndə “Şahin Mustafa oğlu Sadıqov - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin iqtisadi inkişaf və proqnozlaşdırma şöbəsinin müdiri” sözləri “Rofət Nofəl oğlu Hüseynəliyev- Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin iqtisadi inkişaf siyasəti və proqnozlaşdırma şöbəsinin müdiri” sözləri ilə əvəz edilsin.
3. “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli 181 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il №11, maddə 1183) və həmin qərarla təsdiq edilmiş Qaydaların adında, mətnində və əlavələrində ismin müvafiq hallarında “buğda” sözündən sonra ismin müvafiq hallarında “və çəltik” sözləri əlavə edilsin.
4. 2008-ci il və növbəti illərdə buğda və çəltik istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına hər hektar əkin sahəsinə görə əlavə 40 manat yardımın verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları”na və 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”na uyğun həyata keçirilsin.
5. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardımın verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən bu istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyası və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına orta hesabla 50 faiz güzəştlə satılmış mineral gübrələrin dəyərinin qalan hissəsinin, habelə buğda və çəltik əkin sahələrinə görə əlavə 40 manat yardımın verilməsi hər hansı bir səbəbdən (sənədlərin təqdim edilməsi yubandıqda və ayrılmış büdcə vəsaiti çatışmadıqda və sair) cari büdcə ilində ayrılması nəzərdə tutulan büdcə vəsaiti hesabına mümkün olmadıqda, həmin ödənişlərin növbəti il üçün dövlət büdcəsində ayrılması nəzərdə tutulan vəsait hesabına aparılmasını təmin etsinlər.
6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər mərkəzi icra hakimiyyəti orqanları qəbul etdikləri normativ hüquqi aktların bu qərara uyğunlaşdırılmasını təmin etsinlər.
7. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 13 iyun 2008-ci il
№ 135