Birbaşa Dövlət Dəstəyi

Vergi güzəşti haqqında Qanun (16.05.2014)

  • A
  • A
  • A

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 824-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:


Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №–8, I kitab, maddə 583; 2001, №–7, maddə 454, №–9, maddə 576, №–12, maddə 734; 2002, №–5, maddə 249, №–12, maddə 707; 2003, №–8, maddə 425, №–12, I kitab, maddə 671; 2004, №–1, maddə 1, №–11, maddə 887, №–12, maddə 980; 2005, №–2, maddə 61, №–8, maddə 688, №–12, maddə 1081; 2006, №–12, maddələr 1005, 1026; 2007, №–1, maddə 4, №–6, maddə 597, №–8, maddə 745, №–11, maddə 1053, №–12, maddə 1192; 2008, №–7, maddə 602, №–11, maddə 960; 2009, №–7, maddə 506; 2011, №–1, maddə 14, №–7, maddələr 588, 603, №–12, maddə 1115; 2012, №–6, maddələr 500, 513, №–7, maddə 652, №–9, maddə 841, №–12, maddə 1226; 2013, №–2, maddə 91, №–4, maddə 366, №–11, maddə 1278, №–12, maddələr 1483, 1486, 1495; 2014, №–2, maddələr 94, 98) aşağıdakı dəyişikliklər edilsin:

 
1.102.1.18-ci maddə aşağıdakı redaksiyada verilsin:

 
“102.1.18. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki şəxslərə ödənilən kompensasiya;”.

 
2.106.1.13-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 106.1.14−106.1.16-cı maddələr əlavə edilsin:

 
“106.1.14. kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri - 2014-cü il yanvarın 1-dən 5 il müddətinə;


106.1.15. körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə;


106.1.16. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxslərə ödənilən kompensasiya.”.


3. 159.9-cu və 220.8-ci maddələrdə “219.1.2-ci” sözləri “219.3-cü” sözləri ilə əvəz edilsin.


4. 164.1.17-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.18-ci maddə əlavə edilsin:


“164.1.18. kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 5 il müddətinə.”.


5. Aşağıdakı məzmunda 199.9-cu maddə əlavə edilsin:


“199.9. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 5 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.”.


6. 219-cu maddə üzrə:


6.1. 219.1-1-ci, 219.1.2-ci, 219.1.3-cü, 219.2-ci və 219.2.1-ci maddələr müvafiq olaraq  219.2–219.6-cı maddələr hesab edilsin;


6.2. aşağıdakı məzmunda 219.7-ci və 219.8-ci maddələr əlavə edilsin:


“219.7. Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi 2014-cü il yanvarın 1-dən 5 il müddətinə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.


219.8. Körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə sadələşdirilmiş vergini ödəməkdən azaddırlar.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 16 may 2014-cü il.

N 959-IVQD

 

 

Azərbaycan Respublikasının Qanunu



“Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 824-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının 2001-ci il 27 noyabr tarixli 222-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №–12, maddə 739; 2004, №–1, maddə 2; 2008, №–12, maddə 1054; 2013, №–12, maddə 1488) ləğv edilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti



Bakı şəhəri, 16 may 2014-cü il.

N 961-IVQ