EKTİS

EKTİS-də sistemin inteqrasiyası və mövcud funksionallığı

  • A
  • A
  • A


 
EKTİS-də sistemin inteqrasiyası

 

  • Daxili inteqrasiya – Kənd təsərrüfatı nazirliyinin tabeliyində olan qurumların informasiya sistemlərində olan məlumatların mərkəzləşdirilmiş şəkildə və ilkin mənbədən alınması daxili sistemlərarası inteqrasiya vasitəsilə təmin olunur.

 

  • Xarici inteqrasiya – digər orqanların informasiya sistemlərində olan məlumatların sistemə mərkəzləşdirilmiş şəkildə və ilkin mənbədən alınması xarici sistemlərarası inteqrasiya vasitəsilə təmin olunur.

 
Sistemin mövcud funksiyonallığı

 

Ana səhifə – Bu bölmə əsasən kartlardan ibarətdir. Hər bir kart tətbiqin fərqli bir modul və funksionallığı, eləcə də tətbiqə inteqrasiya olunmuş bir sistemi və ya altsistemi özündə əks etdirir. Kartların sayı dinamikdir. Kartların hər bir istifadəçinin roluna, şəxsi məlumatlarına və maraqlarına uyğun olaraq say, məzmun və tərkib baxımından dəyişkənlik təşkil edir.
Təsərrüfatlarım – Bu bölmədə təsərrüfat və ərazi (ərazi, əkilən bitki və xəritə çəkmə) məlu­mat­la­rı­nın daxil edilməsi və idarəedilməsi kimi imkanlar mövcuddur.
Planlarım – Bu bölmədə növbəti illərdə əkilməsi planlanan ərazi və bitki məlumatlarının daxil edilməsi, eləcə də məhsuldarlığa dair proqnozların verilməsi kimi imkanlar mövcuddur.
Müraciətlərim – Bu bölmədə şəffaflıq və operativliyin təmin edilməsi məqsədilə xidmət və şikayətlərə dair müraciətlərin edilməsi və aidiyyəti üzrə gələn müraciətlərin operativ cavablandırılması kimi imkanlar mövcuddur.
Məlumatlarım – Bu bölmədə inteqrasiyadan gələn məlumatlar ilə yanaşı, istifadəçiyə dair şəxsi məlumatların daxil edilməsi və səlahiyyət çərçivəsində məlumatların redaktə edilməsi kimi imkanlar mövcuddur.
Bildirişlər – Bu bölmədə istifadəçilərə məlumat xarakterli göndərilən bildirişlər barədə məlumatlar yer alır və bildirişlər siyahı formasında əks olunur. Bildirişlər iki formada göndərilir: “push noti­fi­ca­tion” və “sms notification”.