Heyvandarlıq

Südlük-maldarlıq

  • A
  • A
  • A

agroexpert_heyvan.jpg

Ölkəmizdə südlük-maldarlıqla ailə təsərrüfatı məşğul olur. Südlük maldarlığın inkişaf etdirilməsində məqsəd mövcud südlük istiqamətli cinslərin məhsuldarlığının yüksəldilməsi və onların genetik potensialının artırılmasıdır.Bundan ötrü həm Dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisələrində və həm də özəl damazlıq təsərrüfatlarında süd istehsalı üzrə ixtisaslaşdırılmış bölgələrdə mövcud qaramal cinslərinin yaxşılaşdırılması məqsədilə holştin-friz və qara-ala cinslərinin təmizlikdə yetişdirilməsi təşkil edilir.

Südlük maldarlıqla məşğul olan hüquqi və fiziki şəxslər inək və camışların baş sayının çoxaldılması və məhsuldarlığının yüksəldilməsi hesabına məhsul istehsalının artımına nail olurlar. Bundan ötrü daha çox sahibkarlar südlük istiqamətli inək saxlamaqla mütərəqqi texnologiyalardan istifadə edərək yemləmə, bəsləmə və qulluq işlərini zootexniki tələblərə uyğun təşkil edirlər.

Təsərrüfatda hansı yemdən hansı inəyə nə qədər vermək, düzgün yem payı tərtib etmək və fəsillər üzrə yemə olan tələbatı müəyyən etmək üçün hər inəkdən sutkada, ayda və laktasiya ərzində nə qədər süd sğıldığı müəyyən edilməlidir. İnəklərin yemləndirilməsində ən səmərəli yemləmə geniş sağımdır ki, sahibkarlar bu mühüm məsələyə daha çox diqqət göstərməlidirlər.

Südlük-maldarlıq fermalarında damazlıq işləri təcili olaraq qaydaya salınmalıdır. Inəklərin fərdi süd məhsuldarlığının, südün yağlılığının, mayalandırma və doğumun, cavanların diri çəki artımının dəqiq uçotu aparılmalıdır. İnəklərin bədən quruluşuna, yelin formasına, maşınla sağıma yararlılıq xüsusiyyətinə, cavanların böyümə və inkişafına görə qiymətləndirilməsi və bu göstəricilərə əsasən seçmə aparılması, inəklərin və düyələrin süni yolla mayalandırılıması işləri təşkil edilməlidir.

Ölkəmizdə süd istehsalını artırmaq üçün özəl heyvandarlıq təsərrüftlarının yaradılması, bu təsərrüfatlarda yüksək məhsuldar damazlıq heyvanların yetişdirilməsi vacib məsələlərdəndir. Süd istehsalının artırılması üçün yem istehsalının yaxşılaşdırılması, möhkəm yem bazasının yaradılması, yeni texnologiyaların tətbiqinə üstünlük verilməlidir. Bu məqsədlə yem bitkilərinin əkin sahəsinin genişləndirilməsi labüddür.

1453067984491.jpg

Azərbaycanda süd istehsalının əsasən aşağıdakı amillər hesabına artırılmasını məqsədəuyğun hesab edirik:

- Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, mövcud heyvanların genetik keyfiyyətlərinin təkmilləşdirilməsi

- Damazlıq dövlət kənd təsərrüatı istehsalı müəssisələrində və özəl damazlıq təsərrüfatlarında yüksək məhsuldar damazlıq heyvanların yetişdirilərək heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə satılmasının təşkili

- Lizinq yolu ilə güzəştli şərtlərlə ölkəmizə yüksək məhsuldar damazlıq heyvanların gətirilərək kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması

- İnəklərin və düyələrin süni mayalandırılmasının təşkili

- Sahibkarların öz vəsaitləri hesabına yüksək məhsuldar damazlıq heyvanların alınaraq gətirilməsinin təşkili

- Xalq seleksiyası yolu ilə cinsi yaxşılaşdırılmış heyvanların yetişdirilməsinin təşkili

31.10.2024

1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb

31.10.2024

Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

30.10.2024

“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib