Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) üzrə növbəti mərhələyə keçmiş gənclərə təlimlər başlayıb.
Layihəni həyata keçirən Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) məlumatına görə, aprelin 15-dən etibarən İmişli, Bərdə və Zaqatala rayonlarında ilk təlimlərə başlanılıb. Təlimlər biznes ideyalarının işlənməsi və layihələrə çevrilməsi istiqamətindədir.
“İlk təlimlərdə gənclərin fəallığını və aqrar biznesə böyük həvəsini hiss etdik. Gənclərin biznes ideyalarının reallığı xüsusilə diqqətimizi cəlb etdi. Misal üçün qeyd edim ki, İmişli rayonundakı təlimdə iştirakçıların dərs zamanı çəkdikləri nümunələrdən, tapşırıqlardan heyvandarlıq sahəsinə böyük maraq göstərdiklərini müşahidə etdik. Əminik ki, təklif olunan nümunə layihələr dayanıqlı bizneslərin əsasına çevrilə biləcək” – deyə AKİA-nın sədr müavini Namiq Məmmədov bildirib.
Namiq Məmmədov əlavə edib ki, gənclər təlimlərdə qazandıqları bilik və bacarıqları sahədən asılı olmayaraq, istənilən iş fəaliyyətlərində istifadə edə biləcəklər. Belə ki, bu təlimlər onlarda mövcud bizneslərinin səmərəli idarə edilməsi ilə yanaşı, gələcək imkanların da düzgün qiymətləndirilməsinə imkan verəcək.
Təlimlər müddətində gənc fermerlərə BMT-nin Beynəlxalq Əmək Təşkilatının beynəlxalq sertifikata malik təlimçiləri ən yaxşı biznes ideyalarının seçilməsi və biznes planlarının hazırlanmasından əlavə, marketinq, xərclərin hesablanması, investisiyanın idarə olunması, nağd pul dövriyyəsi, hüquqi savadlılığın artırılması istiqamətində də təlimlər keçəcəklər.
Qeyd edək ki, “AMAL” Kənd Təsərrüfatı Nazirliyinin kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsinə, onların innovativ metodların tətbiqini stimullaşdırmasına dəstək verən təşəbbüsüdür. Layihə gəncləri effektiv və ətraf mühiti qoruyan yeni kənd təsərrüfatı modelləri və idarəçilik üsulları barədə məlumatlandıracaq, gənc fermerlərin ilkin kapitalının formalaşmasına dəstək verəcək. AMAL-a ölkə üzrə 1000-dən artıq gənc müraciət edib. Bu müraciətlərdən 400-dən artığı ikinci mərhələyə - təlimlər mərhələsinə keçib. Amal.gov.az saytında yerləşdirilmiş siyahıya görə, ilkin təlim mərhələsinə 20-dən artıq rayondan AMAL-çı seçilib. İmişli, Bərdə və Zaqataladakı təlimlərə 100 nəfərədək iştirakçı qatılıb.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024