Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Fermerlərə tövsiyə”
“Düz 58 ildir ki, arıçılıq təsərrüfatı ilə məşğulam. Arıçılıqla məşğul olmağa doğulduğum torpaqlarda, Ermənistanın Basarkeçər rayonunun Babacan kəndində başlamışam. 1988-ci ildə Daşkəsənə köçdük. Burada 10 arı yeşiyi aldım, qulluq elədim. İndi təsərrüfatımda 84 arı ailəsi var”. Bu fikirləri Şəmkir rayonunun Qaracəmilli kəndində yaşayan 85 yaşlı arıçı Yaqub Mehdiyev deyib. O həm də subsidiya almaq üçün Kənd Təsərrüfatı Nazirliyinə sənədlərini təqdim etmiş ən yaşlı arıçıdır.
Yaqub Mehdiyev arıların qış fəslinə hazırlanması ilə bağlı fikirlərini bölüşüb: “Arıları ayda iki dəfə yoxlayıram. Hansında ana arı yoxdursa, toxum olan başqa pətəkdən toxum götürüb o yeşiyə qoyuram. May ayında bütün günü arı yeşiklərinin yanında oluram. Çünki həmin vaxt arı beçə verir. Zəif toxumları dəyişirəm, yerinə boş çərçivə qoyuram. Arını qışdan çıxarmaq çox çətindir. Gərək qış ərəfəsində hər yeşikdə ən azı 7 kiloqram balı saxlayasan. Sonra arıların hamısını ana arının yanına yığmaq lazımdır. İşçi arı 45 gün yaşayır, o səbəbdən elə arılar olur ki, ömrünü yeşikdə başa vurur. Fevralın 20-dən sonra bütün yeşikləri açır, pətəklərə eşşəkarısına qarşı dərman qoyuram”.
Arıçı deyir ki, gərək pətəyə haram əl dəyməsin: “Arı haramı sevmir. Haram əl dəyəndən sonra arı özünə gələ bilmir. Qırılır, işləmir, xeyri qalmır, məhv olur. Balın təmiz olması isə məhsulun sıxlığından, nəmliyindən bilinir. Təmiz balın içərisində nəmlik olmamalıdı. Təmiz balı suya qatanda su bulanır. Əsl balın qaymağı da qalın olur, rəngi isə maviyə çalır”.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024