Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
İclasda 17 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 889 arıçıya saxladıqları 19242 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat hesabı ilə cəmi 192420,0 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.
İclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edib. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.
Respublika Komissiyasının qərarı ilə subsidiya veriləcək arıçıların və onların arı ailələrinin (pətəklərinin) respublikanın rayonları və şəhərləri üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:
Rayon
Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərin sayı (nəfər)
Arı ailələrinin (pətəklərin) sayı (ədəd)
Subsidiyanın məbləği (manat)
1
Xocalı
33
1 066
10 660
2
Xaçmaz
36
824
8 240
3
Ağdaş
43
1 188
11 880
4
Ağstafa
1
14
140
5
İsmayıllı
125
1 965
19 650
6
Abşeron
17
648
6 480
7
Ağdam
95
1 701
17 010
8
Şəki
78
2 006
20 060
9
Balakən
151
3 649
36 490
10
Qax
54
1 451
14 510
11
Kəlbəcər
36
788
7 880
12
Şəmkir
35
450
4 500
13
Gedebey
19
250
2 500
14
Lerik
6
45
450
15
Beyləqan
44
1 024
10 240
16
Sabirabad
72
1 610
16 100
17
Yardımlı
44
563
5 630
Yekun:
889
19 242
192 420
Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin (pətəyin) miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) \"Subsidiyalar\" bölməsində yerləşdiriləcək.
Bu günə qədər Respublika Komissiyasının keçirilmiş iclaslarında ölkə üzrə cəmi 11179 arıçya 260181 arı ailəsinə (pətəyə) görə 2601,81 min manat məbləğində subsidiyanın ödənilməsinə dair qərar qəbul edilmişdir.
Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanı almaq üçün rayon (şəhər) komissiyalarına müraciətlər daxil olmaqdadar. Rayon (şəhər) komissiyalarından zəruru sənədlər daxil olduqca, Respublika Komissiyasının iclasında arıçılara hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024