Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) fermerlərə təlimlərin keçirilməsi davam edir. Növbəti təlim regionun baytar həkimləri üçün keçirilib.
Təhsil müəssisəsinin mətbuat xidmətinin xəbərinə görə Baytarlıq elmləri doktoru, professor Hacı Hacıyevin 100 illik yubileyi ərəfəsində keçirilən təlimdə “Heyvandarlığın inkişaf prespektivləri, mövcud problemlər və qarşıda duran vəzifələr” müzakirə edilib.
Təlimdə Zahir Ələsgərov “Epizootiyalar və baytarlıq təbabəti qarşısında duran vəzifələr” barədə ətraflı danışıb. Daha sonra “Heyvandarlıq məhsullarının müasir qiymətləndirmə üsulları və qida təhlükəsizliyi”, “İri və xırda buynuzlu heyvanlarda ən çox təsadüf olunan həzm sistemi xəstəlikləri”, “Balanslaşdırılmış yemləndirmənin məhsuldarlığa təsiri” haqqında məruzələr edilib.
Təlimdə Daşkəsən, Goranboy, Göy göl, Samux, Kəlbəcər və digər rayonlardan işritak edən 40-dan artıq baytar həkim iştirak edib.
“Zəfər” futbol turnirinə yekun vurulub
07 Noyabr 2024
Aqrar Sığorta Fondu və Lənkəran Dövlət Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
06 Noyabr 2024
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində şəhid övladları üçün aqrotur təşkil olunub
05 Noyabr 2024
Aqrar Sığorta Fondu və “Azərkosmos” arasında əməkdaşlıq memorandumu imzalanıb
04 Noyabr 2024
Aqrar sahədə elmi-tədqiqat işlərinin birgə təşkili məqsədilə memorandum imzalanıb
04 Noyabr 2024