• Ana səhifə
  • Xəbərlər
  • ADAU-DA TABELİ QURUMLARIN ƏMƏKDAŞLARI ÜÇÜN KEÇİRİLƏN TƏLİMLƏR BAŞA ÇATIB
ADAU-DA TABELİ QURUMLARIN ƏMƏKDAŞLARI ÜÇÜN KEÇİRİLƏN TƏLİMLƏR BAŞA ÇATIB

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarından seçilmiş təlimçilərin bilik və bacarıqlarını artırmaq məqsədilə 2019-cu ilin 27 fevral-1 mart tarixlərində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən təlimlər başa çatıb. Təlimdə 74 iştirakçı qatılmaqla, burada ADAU-nun müvafiq sahə üzrə təcrübəli əməkdaşları tərəfindən təlimlərin aparılmasının ümumi metodoloji əsasları, bitkiçilik, heyvandarlıq və aqromühəndislik istiqamətləri üzrə təlimlərin təşkili metodları, qiymətləndirmə üsulları və digər aktual mövzular tədris olunub. 

Təlimlərin yekununda iştirakçılar sertifikatların təqdim olunub.

Qeyd edək ki, təlimlərdə Kənd Təsərrüfatı Nazirliyinin tableli qurumlarından Lənkəran, Salyan, Tərtər, Şəki, Beyləqan, Quba, Kürdəmir Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzlərinin, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu,  Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Dövlət Baytarlıq Xidməti, Dövlət Fitosanitar Xidməti, Baş Dövlət Texniki Nəzarət Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.







  • A
  • A
  • A