Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) alimləri kənd təsərrüfatının elmi əsaslarla inkişafı üçün təklif və tövsiyyələrini bildiriblər. Bu üzümçü fermerləri maraqlandıran sualları cavablandırıblar.
Seminar Universitetin Bağçılıq kafedrasının əməkdaşları tərəfindən keçirilib. “Azərbaycanda üzümçülüyün innovativ becərmə texnologiyası və qarşıda duran problemlər” mövzusunda keçirilən seminarda Cəlilabad, Tərtər, Goranboy, Samux, Şəmkir və Qazax rayonundan olan üzümçü fermerlər iştirak edib.
Aqronomluq fakültəsinin dekanı və kafedra müdiri seminarın məqsədi barədə iştirakçılara məlumat verib. Sonra kafedranın əməkdaşarı Azərbaycanda üzümçülüyün hazırkı vəziyyəti və gələcək inkişaf yolları haqqında danışıb. Bildirilib ki, son zamanlar müxtəlif ölkələrdən gətirilərək, həmçinin respublikamızın müxtəlif bölgələrində yayılan yerli və introduksiya olunan üzüm sortlarının elmi əsaslar tətbiq olunmadan, sınaqdan keçirilmədən bəzi fermer və şəxsi təsərrüfatlarda əkilməsi halları müşahidə olunur.
O cümlədən “Üzümçülükdə əkin materialı çatışmazlığı, onun yaratdığı fəsadlar və aradan qaldırılması yolları” haqqında ətraflı məlumat verilib. Seminar qarşılıqlı diskusiya şəraitində başa çatıb, fermerlərin qaldırdığı suallar cavablandırılıb.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024