Əkinçilik Elmi-Tədqiqat İnstitutu və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin birgə təşkilatçılığı ilə “Azərbaycanda meşə sahəsi üzrə bilik çərçivəsinin möhkəmləndirilməsi üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Ağdaşın Ərəbşəki kəndində “Heyvandarlığı yüksək qidalı yemlə təmin edən otlaqaltı torpaqların yaxşılaşdırılması və məhsuldar otlaq sahələrinin yaradılması” mövzusunda təlim seminarı keçirilib. Təlim-seminarı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bərdə regional Meşə Mühafizəsi İdarəsinin Ağdaş rayonunun ərazisində olan meşə massivlərinə təzyiqin azaldılması və heyvandarlığın yem bazasının möhkəmləndirilməsi mqsədilə təşkil olunub.
Tədbirdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun alim və mütəxəssisləri ilə yanaşı, FAO, Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, heyvandarlıqla məşğul olan fermerlər iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Ağdaş DAİM-in direktoru Fərhad Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət nəticəsində ölkə iqtisadiyyatının strateji sahəsi olan, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan aqrar sektor dinamik və dayanıqlı inkişaf edir. Fərhad Əliyev Strateji Yol Xəritəsində kənd təsərrüfatı sahəsinin inkişafının prioritet istiqamətlərin, heyvandarlığın yem təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrin vacibliyinə də toxunub.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai respublikada aqrar sahədə həyata keçirilən dövlət proqramları çərçivəsində qarşıda duran vəzifələrə toxunub. O, institutda otlaq və biçənəklərin yaxşılaşdırılması və səmərəli istifadəsi istiqamətlərində aparılan tədqiqat işlərinin nəticələri barədə məlumat verib. Cavanşır Təlai belə layihələrin biomüxtəlifliyin qorunması ilə yanaşı, heyvandarlığın yem bazasının möhkəmləndirilməsində, elmi-tədqiqat müəssisələri ilə fermerlər arasında işgüzar münasibətlərin yaranmasında, kənd yerlərində insanların rifah halının yüksəldilməsində böyük rol oynadığını vurğulayıb.
Bərdə regional Meşə Mühafizəsi İdarəsinin baş meşəbəyi Ramin Lətifov layihənin ərazidə meşələrin mühafizəsində, torpaqların münbitliyinin artırılmasındakı müstəsna rolundan bəhs edib.
Seminarın proqramına uyğun olaraq Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini, otlaqların bərpası işlərinin aparılmasına dəstək məqsədilə yaradılmış işçi qrupunun rəhbəri Atif Zamanov “Otlaqların yaxşılaşdırılması və bərpasında keyfiyyətli otlaq yeminin alınmasını təmin edən yaxşılaşdırma texnologiyalarının əsasları”, institutun şöbə müdiri, FAO layihəsində otlaqların bərpası üzrə milli ekspert Rasib Zeynalov “Meşə ekosisteminə təzyiqin azaldılması üşün az məhsuldar otlaq sahələrinin yaxşılaşdırılmasının əhəmiyyəti” mövzularında təqdimatla çıxış ediblər. Məruzəçilər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Əkinçilik Elçi-Tədqiqat İnstitutu arasında “Otlaqların bərpası işlərinin aparılmasına dəstək” məqsədilə bağlanmış Saziş Müqaviləsinə əsasən, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun otlaqların bərpası üzrə pilot rayon olaraq Ağdaşda 50 hektar otlaq sahəsində görülən əsaslı və səthi yaxşılaşdırma işləri barədə seminar iştirakçılarına ətraflı məlumat veriblər.
Tədbir konstruktiv şəraitdə keçib, seminar iştirakçılarına otlaqların yaxşılaşdırılması, səmərəli istifadəsi və davamlı idarə edilməsi barədə praktiki məlumatlar verilib. Daha sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, fermerlərin sualları ətraflı cavablandırılıb.
Sonda əsaslı və səthi yaxşılaşdırılmış otlaq sahələrinə baxış keçirilib.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024