Epizootik vəziyyətlə tanış olmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədr müavini Bayandur Rzayev Ağsu rayonunda səfərdə olub. O, heyvan xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmələrlə maraqlanıb, təsərrüfat sahibi və əməkdaşları ilə görüşüb.
Səfər çərçivəsində Ağsu rayonunun Hacıqədrli kəndi ərazisində yerləşən “Ağsu Aqropark” MMC-yə məxsus heyvandarlıq təsərrüfatında olan sədr müavini iribuynuzlu heyvanların saxlama, yemləmə şəraiti, müxtəlif xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirləri ilə tanış olub. Eləcə də heyvanlara kliniki baxış keçirilərək simptomatik müalicə aparılıb. Bildirilib ki, ümumi sahəsi 1000 hektar olan təsərrüfat 2019-cu ilin iyun ayından yaradılıb. Hazırda aqroparkda Avstriyadan gətirilmiş 174 baş “Simmental” cins heyvan saxlanılır.
Aqrparkın ərazisinə ferma binaları, doğum, sağım və buzovluq bölmələri, yem istehsalı sahəsi, peyin emalı sexi və digər köməkçi sahələr daxildir. Kompleksdə südlük məqsədi ilə saxlanılan heyvanlar, yeni doğulmuş buzovlar, ferma və sağım sistemi avadanlıqları, kənd təsərrüfatı texnika və aqreqatları haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, kompleksdə istehsal edilən ekoloji təmiz süd və süd məhsulları, eləcə də ət və ət məhsulları bazara çıxarılaraq alıcılara təqdim olunur.
AXA-nın sədr müavini kompleks əməkdaşlarının müraciətini və təkliflərini dinləyib, heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib. Baytar həkiminin iştirakı və tövsiyəsi olmadan heyvanlar üzərində müalicə, peyvəndləmə və profilaktik tədbirlərin aparılmasının yolverilməz olduğu qeyd olunub.
Bildirilib ki, bir sıra təsərrüfatlarda vətəndaşlar heyvanları çimizdirərkən təlimata əməl etmir və baytar həkiminə məlumat vermədən özləri tərəfindən əvvəlcədən alınmış və uzun müddət şəraitsiz yerdə saxlanılmış dərman maddələrindən istifadə edirlər. Bu da son nəticədə heyvanlar arasında zəhərlənməyə və ölüm hallarının baş verməsinə gətirib çıxarır. Agentliyin sədr müavini fermerlərin, təsərrüfat sahiblərinin müraciətlərinin sahə baytarlıq məntəqələri və baytarlıq idarələri tərəfindən qəbul edilərək çevik və vaxtında cavablandırıldığını vurğulayıb.
Görüşdə Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçirilən baytarlıq tədbirləri barədə məlumat verilib və hazırda respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə müvafiq tədbirlər görüldüyü bildirilib.
Respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində görüləcək tədbirlər barəsində baytarlıq idarəsinə müvafiq tapşırıq və göstərişlər verilib.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024