• Ana səhifə
  • Xəbərlər
  • ANAR XUDİYEV: “FERMERLƏRƏ ÖZ KÖKÜ ÜZƏRİNDƏ YETİŞDİRİLƏN ÜZÜM TİNGLƏRİNƏ ÜSTÜNLÜK VERMƏYİ TÖVSİYƏ EDİ...
ANAR XUDİYEV: “FERMERLƏRƏ ÖZ KÖKÜ ÜZƏRİNDƏ YETİŞDİRİLƏN ÜZÜM TİNGLƏRİNƏ ÜSTÜNLÜK VERMƏYİ TÖVSİYƏ EDİRİK”

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron ərazisində yerləşən üzümçülük təsərrüfatında 300-dən artıq yerli və xarici sortlar yetişdirilir. İnstitutun təsərrüfat şöbəsinin müdiri Anar Xudiyevin sözlərinə görə, fermerlərlə birgə keçirilən tədbirlərdə onlara alimlər tərəfindən üzüm sortlarının keyfiyyət göstəriciləri, həmçinin bölgənin torpaq, iqlim şəraiti  nəzərə alınaraq ting, şitil seçimi də  izah olunur: “Üzüm bağı salmaq istəyən fermerlərə institutun əməkdaşları  tərəfindən yetişdirilən üzüm sortlarının tinglərini almaq tövsiyə edilir. Təsərrüfatımızda dünyanın ən məhsuldar, ən keyfiyyətli, salxım və gilələrinin gözəl görkəmi ilə seçilən, o cümlədən qiymətli kişmiş üzüm sortları “Ağ şanı”, “Qara şanı”, “Bayanşirə”, “Şirvanşahı”, “Mədrəsə” sortları, üzüm genefondumuz qorunub saxlanılır”.

Anar Xudiyev fermerlərə öz kökü üzərində yerişdirilən üzüm tinglərinə üstünlük verməyi məsləhət görür: “Fermerlərə öz kökü üzərində yetişdirilən üzüm tinglərinə üstünlük vermələrini məsləhət görərdik. Bu üsulla salınmış bağ xəstəliklərə və iqlimə  qarşı dözümlü, həmçinin  uzunömürlü və məhsuldar olur. Bölgələrdə fermer üzüm bağı salmaq istəyirsə, mütləq regionun təbii-iqlim şəraitini nəzərə almalıdır. Üzümlüklərdə düzgün sort seçimi və sortöyrənmə yüksək məhsuldarlığın və keyfiyyətin əsasıdır”.






 

  • A
  • A
  • A