Respublika ərazisində karantin rejimi elan olunan gündən etibarən Aqrar Elm və İnnovasiya Mərkəzi yerli strukturları ilə məsafədən idarəetmə qaydalarının tətbiqinə başlayıb. Yaz-tarla işləri başladığı üçün cari tapşırıqların icra olunması WhatsApp qrupları vasitəsi ilə, qarşıya çıxan çətinliklərin həll olunması isə videokonfranslar vasitəsi ilə müzakirə olunur və müvafiq qərarlar qəbul edilir. Elmi-tədqiqat institutları, Regional Aqrar Elm və İnnovasiya Mərkəzləri fermerlər üçün mobil texnologiyanın köməyi ilə məsləhətlər verir, mövsümi qulluq tədbirləri ilə bağlı videotəlimlər hazırlayaraq yayırlar.
Bu gün Aqrar Elm və İnnovasiya Mərkəzində yaz qulluq tədbirlərinin mövcud vəziyyətinə həsr olunmuş videokonfrans keçirilib. Videokonfransda mərkəzin direktoru İmran Cümşüdov, direktor müavinləri Fərman Kərimov, Samir Süleymanov, Əkbər Abbasov və Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərinin (RAEİM) rəhbərləri iştirak ediblər.
Videokonfransda yaz-tarla işlərinin Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejiminə uyğun təşkil olunması, fermerlər üçün məsafədən maarifləndirmə tədbirlərinin keçirilməsi, payızlıq əkinlərdə vegetasiya mərhələsinin təhlili, RAEİM-lərin əhatə etdiyi rayonlar üzrə statistik məlumatlar bazasının yaradılması, idarəetmə prosesində innovativ həllərin tətbiqi, eləcə də təsərrüfat işlərində yaranmış çətinliklərin həlli məsələləri müzakirə olunub.
Beyləqan, Şəki, Quba, Salyan, Lənkəran, Kürdəmir, Gəncə və Tərtər rayonlarında yerləşən RAEİM-lərin direktorları əhatə etdikləri rayonlar üzrə həyata keçirilən işlər haqqında ətraflı məlumat veriblər. Brildirilib ki, respublika ərazisində karantin rejimin davam etməsinə baxmayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının gündəlik fəaliyyətində fasilələr yaranmayıb. Hazırda əksər rayonlar üzrə yazlıq əkinlərin aparılması davam etdirilir.
Videokonfransda digər cari məsələlər də ətraflı müzakirə olunub.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024