Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Aqrar Sığorta Fondu arasında görüş keçirilib.
Aqrar Sığorta Fondundan verilən məlumata görə görüşdə növbəti mərhələdə birlikdə həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev bu əməkdaşlığın növbəti mərhələdə sığorta sektorunun inkişafı ilə bağlı prioritetlərin birgə həyata keçirilməsinə təkan verəcəyini bildirib. İcraçı direktor vurğulayıb ki, sığorta sektoruna aid olan bütün qurumların imkanlarını vahid istiqamətdə dəyərləndirmək və bununla da bazarın inkişaf dinamikasına təkan vermək ASA-nın başlıca prioritetidir.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov da öz növbəsində əldə olunmuş anlaşmanın ölkədə yeni tətbiq edilməkdə olan aqrar sığorta mexanizminin inkişafına, mövcud və potensial sığortaolunanlarda aqrar sığorta vərdişlərinin formalaşmasını stimullaşdıracağına əminliyini qeyd edib.
Görüşün sonunda iki qurum arasında həm aqrar sığorta xidmətlərinin, həm də ümumilikdə yerli sığorta bazarının inkişafına hədəflənən qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024