\"AQRAR TƏHSİLİN TƏBLİĞİ\" LAYİHƏSİ DAVAM EDİR

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) fəaliyyət göstərən Aqrar İnkişaf Könüllüləri \"Aqrar təhsilin təbliği\" layihəsi çərçivəsində Gəncə məktəblilərini ADAU ilə yaxından tanış etməkdə davam edir.

Gəncə məktəbliləri ölkənin yeganə aqrar təhsil müəssisənin ilbəil inkişafı, maddi-texniki bazasının gücləndirilməsi, yeni laboratoriyaların qurulması, tədrisdə şəffaflıq, tələbələrin sosial durumlarına qayğı, tədrislə təcrübənin əlaqəli aparılması ilə yaxından tanış olurlar. Bu da orta məktəb və universitet arasında əməkdaşlığa daha real əsaslar üzərindən geniş imkanlar açır.

\"Aqrar təhsilin təbliği\" layihəsi çərçivəsində ADAU-nun növbəti qonaqları şəhər 1 saylı məktəbin şagirdləri olub, peşəyönümü və ölkəmizdə aqrar sahəyə marağın artırılması məqsədilə tədris korpuslarına baxıb, universitet haqqında geniş məlumat əldə ediblər.

Aqrar İnkişaf Könüllüləri onlara Universitetin tarixi,Tələbə Evi, mövcud ixtisaslar, texniki təchizat, quşçuluq, balıqçılıq laboratoriyaları, bildirçin bəsləmə mərkəzi haqqında ətraflı məlumatlar veriblər. Şagirdlər \"John Deere\" auditoriyası, anatomiya və patoloji anatomiya muzeylərinə daha böyük maraq göstəriblər. ADAU-nun Tələbə evlərindən başlanan ekskursiya zamanı universitetdə keyfiyyətli təhsil üçün yaradılan ən müasir şərait hər bir şagirdin diqqətini çəkib.



  • A
  • A
  • A