Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən Bakı şəhəri və ətraf ərazilərdə, respublikanın rayonlarında istehsal və saxlanılma yerlərində fumiqasiya tədbirləri davam etdirilir.
Fumiqasiya (zərərsizləşdirmə) tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 dekabr 2006-cı ildə 260 nömrəli qərarı ilə təsdiq edilmiş ‘’Azərbaycan Respublikası ərazisində karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir. Fumiqasiya tədbirləri AXA-nın Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən aparılır və xüsusi təhlükəli maddələr olduğuna görə qeyri-dövlət fitosanitar subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.
Respublika ərazisində karantin və xüsusi təhlükəli orqanizimlərin yayılmasının qarşısını almaq məqsədi ilə karantin nəzarətində olan obyektlərdə zərərsizləşdirmə tədbirləri təlimata uyğun həyata keçirilir. Ötən həftə ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən sahibkarların müraciəti əsasında 764 m3 meşə materialı, 868.04 ton dənli və dənli-paxlalı, texniki bitkilərin məhsulları, yemlər ümumilikdə 140775 m3 istehsal və saxlanma yerləri zərərsizləşdirilib.
Fumiqasiya (latın dilində fumigo-tüstü vermək) zərərsizləşdirmə növü olub, zərərvericilərin və bitki xəstəlik törədicilərinin zəhərli buxar və ya qazlarla (fumiqantlar), məhv edilməsidir. Fumiqantlar maye, qaz və bərk formada olur. Zərərsizləşdirmə işlərinin texnologiyasına əməl etdikdə yüksək səmərə almaq mümkündür. Hazırda dünya təcrübəsində əsasən fosfin qazından istifadə edilir.
Bitki və bitki mənşəlli məhsulların, elevatorların tədarük bazalarının, konteynerlərin, fabriklərin, taraların və karantin nəzarətində olan digər materialların fumiqasiya edilməsi təxirə salınmaz tədbırlərdən sayılır. Dünyanın bir sıra ölkələrində yayılmış karantin və xüsusi təhlükəli orqanizmlərin respublika ərazisinə daxil olmasının qarşısını almaq və anbarlarda bu zərərli orqanizmlərin məhv edilməsini təmin etmək məqsədilə karantin nəzarətində olan obyektlərdə zərərsizləşdirmə tədbirlərinin təlimata uyğun həyata keçirilməsi zəruridir.
Qeyd edək ki hazırda 400 növdən artıq anbar zərərvericisi mövcuddur. FAO-nun məlumatına əsasən hər il anbar zərərvericiləri 65 mln. ton ərzaqlıq və toxumluq dən itkisi verir. Bu məhsulla 135 mln. insanı və ya bütün Afrika qitəsinin əhalisini qidalandırmaq olar. Zərərvericilərlə sirayətlənmiş anbarlarda saxlanılan məhsulun çəkisi azalır, keyfiyyəti aşağı düşür, toxumların cücərmə faizi azalır, məhsul müxtəlif mikroflora ilə çirklənir. Zədələnmiş məhsulda kif göbələkləri məskunlaşır, bu tip göbələklər zərərli konserogen maddələr ifraz edir. Belə məhsulları nə qida, nə yem, nə də toxum kimi istifadə etmək olmaz.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024