Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri Beyləqan, Bərdə, Ağdam və Ağcabədi rayonlarında dövlət qeydiyyatından yayınmış, texniki baxışa təqdim olunmayan texnikaların, həmçinin istismar müddəti başa çatmış və yararsız texnikaların aşkarlanması məqsədi ilə monitorinq keçirib.
Monitorinq zamanı dövlət qeydiyyatından yayınmış, texniki baxışa təqdim olunmayan texnikaların, istismar müddəti başa çatmış və yararsız texnikaların aşkarlanması halları müəyyən edilib. Qeyd edilən nəqliyyat vasitələrinə dövlət texniki baxışından keçməsinə dair kağız üzərində və elektron daşıyıcılarda qeydiyyat aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında” Nümunəvi Əsasnamənin 1.4-cü bəndinə əsasən Respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı ildə bir dəfə həyata keçirilir.
Şəxs nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 (iyirmi) gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən məsuliyyətə cəlb olunmur.
Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri ilə birgə keçirilən tədbirdə yararsız, istifadəsiz texnikaların silinməsi üçün müvafiq aktlar tərtib edilib, bununla bağlı maarifləndirmə işləri aparılıb və bukletlər paylanılıb.
Monitorinqlər davam etdirilir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024