Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri Seymur Mövlayev iyunun 6-da Şəki rayonunda taxıl biçininə başlanması münasibətilə fermerlərlə görüşüb, məhsulun vaxtında, itkisiz və mütəşəkkil yığılmasının təşkili ilə bağlı səyyar müşavirə keçirib.
Rayonun Turan qəsəbəsində taxıl sahəsinə baxış keçirən sədr fermerlərin biçinlə bağlı problemləri ilə maraqlanıb. “Aqrolizinq” ASC-nin sədri bildirib ki, yerlərdə fermer və təsərrüfatçılarla mütəmadi olaraq keçirilən bu görüşlər təsərrüfat sahiblərini narahat edən məsələləri, çətinlikləri yerində öyrənmək, araşdırmaq, onların təkliflərini dinləmək, problemlərin həlli yollarını tapmaqdır.
Səhmdar Cəmiyyətin sədri bildirib ki, taxıl biçini mövsümündə kombaynların dislokasiyası müəyyənləşdirilməli, çeviklik və operativlik təmin edilməlidir. “Aqrolizinq”in regional nümayəndəlikləri barədə fermerlər tərəfindən şikayətlər minimum olmalıdır. Bütün kombaynlar ehtiyat hissələri ilə təmin olunmalı, hər bir kombaynın biçin potensialı təhlil edilməli və dəqiqləşdirilməlidir. Risklər tam aradan qaldırılmalıdır. Əsas məqsəd taxıl biçinini vaxtında və itkisiz həyata keçirməkdir. Seymur Mövlayev biçin mövsümündə regional nümayəndəliklərin istifadəsində olan kombaynların texniki cəhətdən işə hazırlıqlı olmasının vacibliyini diqqətə çatdırıb.
Səyyar müşavirədə qeyd edilib ki, taxıl biçini mövsümünü daha mütəşəkkil keçirmək məqsədilə daxili qərargah yaradılıb. Qərargah taxıl biçini mövsümü ərzində mütəmadi olaraq biçinin vəziyyəti barədə monitorinqlər aparacaq, kombaynların dəqiq dislokasiyasını və nasazlıqların aradan qaldırılmasını operativ qaydada təmin edəcək. Eyni zamanda, fermerlərin taxıl biçini ilə əlaqədar aidiyyəti qurumlara və ASC-nin çağrı mərkəzinə daxil olan müraciətlərinin operativ araşdırılması, həll edilməsi və müvafiq tədbirlər görülməsi üçün qərargahda cəmiyyətin mütəxəssislərindən ibarət növbəli iş qrafiki tərtib olunub.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024